Züqanov Putini Latviyanın “faşist” hakimiyyəti ilə SƏRT DAVRANMAĞA ÇAĞIRDI
20:10 / 15.05.2022
1984
Gennadi Züqanov Rusiya Federasiyasının rəhbərliyini Latviyanın "faşist” hakimiyyəti ilə sərt davranmağa çağırıb.
"Hazırda Latviyaya nasistlərin nəsli və nasist rejiminin əlaltıları rəhbərlik edir. Sovet əsgərlərinin abidələrinin sökülməsi və rusdilli əhalinin sıxışdırılması ilə bağlı qərarları məhz bu insanlar verir. Bunlarla bağlı təcili ölçü götürülməlidir”, – deyə Züqanov bildirib.