Özünü "almaz kralı" kimi təqdim edib "Tinder"də qadınları tələyə saldı - İnanılmaz FAKTLAR

Özünü
"Netflix" platformasında yayımlanan və tamaşaçıların diqqətini cəlb edən "The Tinder Swindler” adlı yeni sənədli film real həyat hekayəsindən bəhs edir.
 
Sfera.az-ın məlumatına görə, sözügedən filmdə bir dələduzun qurbanları - norveçli aspirant Sesili Fielhoyla, isveçli marketinq direktoru Fernilla Şolhom və holland modelyer Aylin Şarlottanın başına gələnlərdən söz açılıb. 

Bildirilir ki, Londonda yaşayan 29 yaşlı norveçli aspirant Sesili Fielhoy 2018-ci ildə "Tinder”də 28 yaşlı milyarder, almaz varisi ilə tanış olub. Saymon Levyev adlı həmin şəxsin profili dəbli kostyumlar, brend geyimlərlə bəzənmişdi və onun oliqarx həyat tərzi keçirən, işgüzar görüşlərdə iştirak edən bir insan olduğu görünürdü. Halbuki o, beynəlxalq axtarışa verilən fırıldaqçıdan başqa biri deyildi. Lakin Sesilinin Saymondan şübhə etmək üçün heç bir səbəbi yox idi. Hətta onun adını "Google”da axtarışa verəndə həqiqətən də rus-israilli milyarder və "almaz kral”ı Lev Levyevin adı çıxırdı. Qız Levi Saymonun atası zənn edirdi, amma həmin şəxsin bu adda övladının olmadığını çox sonralar öyrənə bilib.
  
Qısa müddət ərzində Saymon gənc qadının xəyallarına çevrilə bildi. Sesili o vaxtlar düşünürmüş ki, "hamı barda və ya marketdə kimləsə tanış olmaq istəyir. Amma bu aralar biri ilə tanışmağın ən yaxşı yolu "Tinder” kimi platformalardır”. Əsl adı Şimon Yehuda Hayut olan yalançı milyarder Fielhoydan sevgilisi olmasını istəyir və onu "gələcək həyat yoldaşı" adlandırmağa başlayır. Lakin o, işlərinə görə daim səyahət etdiyini əsas gətirdiyi üçün onların  münasibətləri uzaq məsafədən davam edirdi - uzun mesajlar, arabir video zənglər və qısa ziyarətlər olurdu.

Levyev sevgilisinə almaz sənayesinin təhlükəsindən bəhs edib və bəzi düşmənlərinin olduğunu deyib. Hətta o, iddialarını sübut etmək üçün Fielhoya poçt vasitəsilə göndərilən güllələrin, hücumdan sonra qanlar içində qalan və döyülmüş kimi görünən mühafizəçisi Piterin fotolarını da göstərib. Ardınca Saymon bank kartlarını istifadə edə bilmədiyini, düşmənlərinin onu kart vasitəsilə təqib edə biləcəyini söyləyib. Gənc qadından "American Express” kartını müvəqqəti olaraq istifadə edib-edə bilməyəcəyini soruşub və Sesili tərəddüd etmədən qəbul edib: 

"Onun sevgilisi idim. Əlbəttə, bir-birimizə kömək edəcəkdik, bu aramızda müzakirə obyekti belə ola bilməzdi. Həm də ödənişlərini tam zamanında etdiyini öyrənəndən sonra onun milyarder olduğuna inandım, şübhə etmədim. Bir ay ərzində Simona təxminən 100 min dollar borc verdim”, - deyə Sesili bildirib.
Qısa müddət ərzində Fielhoy ona 250 000 dollar borc verib. Saymon isə gənc qadına 500 min dollarlıq çek göndərib. Bu hərəkəti ilə o, Sesilinin ona borc verdiyindən daha çox pul göndərərək səxavətli görünmək istəyib, amma çek qarşılıqsız çıxıb. Çaşqın vəziyyətdə olan Sesili "American Express” ilə əlaqə saxlayıb və ondan sevgilisinin şəklini istəyən iki əməkdaşla görüşüb: "Onlar bir-birilərinə baxıb "Bu adamdır” və ardınca "O, peşəkar dələduzdur, yaşamını təmin etmək üçün bu işi görür” dedilər”.

Daha sonra  Sesili Fielhoy anası ilə birlikdə qalmaq üçün Osloya geri qayıdıb. Borclarına görə ümidini itirən qadın intiharı belə düşünüb və son çarə olaraq psixoloqa üz tutub. Həmin zamanlarda daha çox bilgi əldə etmək məqsədilə "American Express”lə əlaqə yaradıb, sevgilisinin əsl adını, o cümlədən onun 2015-ci ildə üç qadına qarşı dələduzluq etmə səbəbindən həbs edildiyini öyrənib.  Yaşadığı hadisələri mətbuatla paylaşmağa qərar verib və Norveçin "Verdens Gang” adlı qəzeti ilə Saymonla olan yazışmalarını paylaşıb. Fielhoyun verdiyi məlumatlar sayəsində,  Natali Remoe Hansen, Kristoffer Kumar və Erlend Ofte Arntsen kimi jurnalistlər dələduzun illərdir onunla əlaqə saxlamaqdan imtina edən anasının izinə düşə biliblər. Digər tərəfdən, İsrail polisi Hayutun 2011-ci ildə dələduzluq, oğurluq və saxtakarlığa görə cəzadan yayınmaq üçün qaçan İsrail əsilli şəxs olduğunu təsdiqləyib. Məlumata görə, o, 2017-ci ildə İsrailə göndərilməmişdən əvvəl, bir neçə qadını aldatdığı üçün 2015-2017-ci illərdə Finlandiyada iki il həbsdə qalıb.

Fielhoy, eləcə də Şolhom və Şarlotta adlı qadınların verdiyi bilgilər əsasında, İnterpol onu 2019-cu ildə Yunanıstanda yaxalayıb.  O, İsraildə etdiyi saxtakarlığa görə 15 ay həbs cəzasına məhkum edilib. Bununla belə, Hayut 2020-ci ilin may ayının əvvəlində, cəmi 5 ay sonra sərbəst buraxılıb və indi İsraildə azad bir insan kimi yaşayır. Sesili və onun digər qurbanları isə hələ də borclarını ödəməyə çalışırlar.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Özünü "almaz kralı" kimi təqdim edib "Tinder"də qadınları tələyə saldı - İnanılmaz FAKTLAR

"Netflix" platformasında yayımlanan və tamaşaçıların diqqətini cəlb edən "The Tinder Swindler” adlı yeni sənədli film real həyat hekayəsindən bəhs edir.  ...

Məktəblini öldürən “Azəriqaz”ın əməkdaşı imiş... - FOTOLAR

Xəbər verdiyimiz kimi, bu gün axşam saatlarına Mingəçevirdə, "Yeni həyat" yaşayış massivində qətl hadisəsi törədilib. Sfera.az-ın məlumatına görə, Qasımov...

DİN bu şəxslə bağlı əhaliyə müraciət etdi - Onlayn fırıldaqçının FOTOSU

Gəncə Şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri peşəkar əməliyyat-axtarış tədbirləri nəticəsində sosial şəbəkələr vasi...

DTX və DSX-dən birgə ƏMƏLİYYAT: Saxlanılanlar var - FOTOLAR

Azərbaycan Respublikasının dəniz sərhədlərinin еtibаrlı mühаfi­zəsinin təmin edilməsi, Хəzər dənizində rеjim qаydаlаrınа nəzаrətin güclən­dirilməsi, qaçaqmalçıl...

Qalmaqallı videosu yayılan general oğlunun qanunsuz əməllərlə dolu həyatı - TƏFƏRRÜATLAR

General Novruzəli Orucovun oğlu Rüstəm Orucov marketdə məhsullara ziyan vurmaqla yenidən gündəmə gəlib.   Sfera.az xatırladır ki, eks məmurun oğlu bundan...

İldə 17 milyard dollar qazanan “çinli Eskobar” necə ələ keçdi...

Bir neçə gün əvvəl, yanvarın sonlarında beynəlxalq narkomafiyanın başçısı, narkotiklərdən ildə 17 milyard dollar qazanan  çin əsilli Kanada vətəndaşı Se Çi...