Zelenski: “Mən təslim olmuram, bizim ukraynalılarımız geri çəkilmir”

Zelenski: “Mən təslim olmuram, bizim ukraynalılarımız geri çəkilmir”
"Bizim xalqımız, bizim ukraynalılarımız geri çəkilmir. Mən təslim olmuram. Müqaviməti dayandırmaq olmaz. Onlar (ukraynalılar-red) işğalçılara qışqırırlar: evinizə gedin! Rusiya gəmisi kimi!".
 
Sfera.az xəbər verir ki, bunları Ukrayna Prezidenti Volodimir Zelenski xalqa növbəti müraciətində deyib.

"İşğalçıların etirazı və təhqiri ilə yanmış Ukrayna torpağımızın hər qarışı bütün Ukraynanın qələbəsinə doğru bir addımdır. Bu, bir ömür şansıdır. Ukraynalılar, düşmənin girdiyi bütün şəhərlərimizdə bunu hiss edin, irəliləyin!”, - Zelenski əlavə edib.

Zelenski bildirib ki, müvəqqəti işğal olunmuş ərazilərdə yerli sakinlərin müqaviməti Ukrayna dövlətinin bərpa olunacağına əminlik yaradır.

"Biz hamımız birlikdə dövlətimizi yenidən quracağıq. Buna inam müqavimətimizin enerjisi, etirazımızla doldurulur",- Ukrayna lideri vurğulayıb.

"Xersondakı "Azadlıq” meydanı bütün Ukraynadır. Yerli əhalinin işğalçılara qışqırdığı Konotop küçələri Ukraynadır. Sizin şəhəriniz müvəqqəti də olsa, işğal altında olanda etiraz etmək xüsusi qəhrəmanlıqdır", - dövlət başçısı əlavə edib.
 
(Report)

OXŞAR XƏBƏRLƏR

Sabiq icra başçısının qızları Ukraynada döyüşür - BACILAR KİMLƏRDİR?

Ukraynada döyüşən azərbaycanlılar аrasında qadınlar da var.  Sfera.az Gündəm.az-a istinadən xəbər verir ki, bunlar Leyla və Dərya bacılarıdır.  ...

Zəngin ruslar Dubay və İstanbul əmlak bazarına getdilər - 3-4 mənzil birdən alınır

Qərbin Rusiyaya qarşı sanksiyalarından sonra zəngin ruslar kütləvi şəkildə Dubay və İstanbulun əmlak bazarına üz tutub.   Əmlak şirkətlərinin mə...

“Kadırovçular”ın ardınca “Vaqnerçilər” də şərq cəbhəsinə yeridildi - Rusiyanın yeni taktikası

Rusiyanın hərbi təcavüzünün 34-cü günündə cəbhənin müxtəlif istiqamətlərində Ukrayna Silahlı Qüvvələri uğurlu əks-hücumlar həyata keçirir, bir sıra yaşayış mənt...

Putin dayan əmri verdi - Moskvadan KRİTİK QƏRAR: Müharibə BİTİR?

Rusiya-Ukrayna müharibəsinin gedişi bir çox ölkələrin savaşdan öncəki və sonrakı qərarlarında ciddi dəyişikliklərlə diqqət çəkməyə başladı. Bir çox dövlətlər Uk...

Ukrayna son vəziyyəti açıqladı: itkilər verib geri çəkilirlər...

Ukrayna Müdafiə Nazirliyi 16 mart saat 6:00-dək olan əməliyyat şəraiti ilə bağlı məlumat yayıb. Sfera.az  Ukrayna MN-ə istinadla xəbər verir ki, məlu...

Rusiyada “Birinci kanal”ın canlı efirində gözlənilməz hadisə - VİDEO

Rusiyanın "Birinci kanal”ının canlı efirində Ukraynadakı müharibəyə etiraz edilib. Sfera.az xəbər verir ki, telekanalın əməkdaşı Marina Ovsyannikova xəbər...