“Kadırovçular”ın ardınca “Vaqnerçilər” də şərq cəbhəsinə yeridildi - Rusiyanın yeni taktikası

“Kadırovçular”ın ardınca “Vaqnerçilər” də şərq cəbhəsinə yeridildi - Rusiyanın yeni taktikası
Rusiyanın hərbi təcavüzünün 34-cü günündə cəbhənin müxtəlif istiqamətlərində Ukrayna Silahlı Qüvvələri uğurlu əks-hücumlar həyata keçirir, bir sıra yaşayış məntəqələrini işğaldan azad edir. Lakin ən ağır döyüşlər şərq cəbhəsində – Donbassda getməkdədir və belə görünür ki, Rusiya əsas qüvvələri bu istiqamətə səfərbər edərək Ukraynanın cənub-şərq ərazilərini işğal etməyə hazırlaşır.


Sfera.az xəbər verir ki, ötən gün martın 28-də gedən döyüşlərdə Rusiya ordusunun canlı qüvvə və texnika sarıdan ciddi itkilər verdiyi açıqlanıb. Krivoy Roq vilayətinin hərbi administrasiyasının rəhbəri Aleksandr Vilkul bildirib ki, Ukrayna qüvvələri düşməni vilayətin hüdudlarından 40-60 kilometr geri atıb. Və təmas xəttini Xerson vilayətinin inzibati ərazisinə keçirib. Onun sözlərinə görə, döyüşlər zamanı ukraynalı döyüşçülər düşmənin bir neçə hərbi texnikasını qənimət götürüblər.



Donetsk və Luqansk vilayətlərində döyüşən Ukrayna Birləşmiş qüvvələri isə gün ərzində Rusiya ordusunun bir neçə hücum cəhdinin qarşısını alıblar. Döyüşlər zamanı rusların 12 tankı, 10 piyada döyüş maşını və üç vahid avtomobil texnikası məhv edilib. Canlı qüvvə sarıdan da çoxsaylı itkilər olub.

Çerniqov vilayətində Rusiya işğalçı qüvvələri azı 22 nəfər itirib. Ukrayna ordusunun "Şimal” əməliyyat komandanlığı bildirir ki, döyüşlər zamanı 2 "Tiqr” zirehli avtomobili, "Ural” yük maşını və T-72 tankı məhv edilib. Düşmənin 8 vahid texnikası zədələnib və içərisi ərzaq payı ilə dolu "Ural” qənimət götürülüb.



"Şərq” əməliyyat komandanlığı isə bildirir ki, martın 28-də Ukrayna ordusunun zərbəsi nəticəsində Rusiyanın 58-ci ümumqoşun ordusunun 19-cu motoatıcı diviziyasının 503-cü motoatıcı polkunun komandiri, polkovnik Loxov və polkun qərargah rəisi məhv edilib. Məhv edilən zabitlərin şevronlarının fotoları da komandanlığın "Facebook" səhifəsində yerləşdirilib.

"Bu gün gedən döyüşlər zamanı ukraynalı döyüşçülər rusiyalı hərbi canilərin növbəti partiyasının şeytanla görüşünü təşkil etdilər”, -komandanlıq bildirir.

 

Belə görünür ki, Kiyev istiqamətində irəliləməyin çətin olduğunu görən Rusiya ordusu indi əsas səylərini Ukraynanın cənub-şərqinə yönəldir. Bu istiqamətdə verdiyi ağır itkilərdən sonra ruslar yeni qüvvələr cəmləşdirməyə çalışır. Döyüşlərdə ağır itkilər verən birləşmələrin qalıqları yenidən komplektləşdirilmək üçün Rusiya ərazisinə qaytarılır. Eyni zamanda "Kadırovçular”ın ardınca "Vaqner” muzdlularının da Donbassa cəmləşdirildiyi məlum olub. Böyük Britaniyanın Müdafiə Nazirliyi bildirir ki, Rusiya Ukraynanın şərqinə 1000-dən çox "vaqnerçi” yeridib. "Görünür ki, ağır itkilərə və hücum əməliyyatlarının ciddi şəkildə axsamasına görə Rusiya Afrika və Suriyadakı "vaqnerçiləri” Ukraynaya yeritməyi qərara alıb”, - məlumatda deyilir.


 
Xatırladaq ki, "Kadırovçular” mühasirədə olan Mariupol şəhəri ətrafında gedən döyüşlərə cəlb edilib. Ramzan Kadırovun özünün də Mariupol ətrafında olduğuna dair məlumatlar var.

Pentaqon isə bildirir ki, Rusiya qoşunları Xarkov vilayətinin İzyum şəhəri istiqamətində irəliləməyə cəhd edir. Məqsəd Ukrayna qoşunlarının şərq qruplaşmasını mühasirəyə salmaqdır. Pentaqonun analizinə əsasən, görünür, Rusiya ənənəvi taktikasını işə salaraq Donbassdakı Ukrayna qoşunlarını mühasirəyə salmağa, bununla da Kiyevlə danışıqlarda üstünlük qazanmağa çalışır. Lakin Rusiya qoşunları şərq istiqamətində hələlik əhəmiyyətli irəliləyişə nail ola bilməyib.

(virtualaz.org)

OXŞAR XƏBƏRLƏR

Sabiq icra başçısının qızları Ukraynada döyüşür - BACILAR KİMLƏRDİR?

Ukraynada döyüşən azərbaycanlılar аrasında qadınlar da var.  Sfera.az Gündəm.az-a istinadən xəbər verir ki, bunlar Leyla və Dərya bacılarıdır.  ...

Zəngin ruslar Dubay və İstanbul əmlak bazarına getdilər - 3-4 mənzil birdən alınır

Qərbin Rusiyaya qarşı sanksiyalarından sonra zəngin ruslar kütləvi şəkildə Dubay və İstanbulun əmlak bazarına üz tutub.   Əmlak şirkətlərinin mə...

“Kadırovçular”ın ardınca “Vaqnerçilər” də şərq cəbhəsinə yeridildi - Rusiyanın yeni taktikası

Rusiyanın hərbi təcavüzünün 34-cü günündə cəbhənin müxtəlif istiqamətlərində Ukrayna Silahlı Qüvvələri uğurlu əks-hücumlar həyata keçirir, bir sıra yaşayış mənt...

Putin dayan əmri verdi - Moskvadan KRİTİK QƏRAR: Müharibə BİTİR?

Rusiya-Ukrayna müharibəsinin gedişi bir çox ölkələrin savaşdan öncəki və sonrakı qərarlarında ciddi dəyişikliklərlə diqqət çəkməyə başladı. Bir çox dövlətlər Uk...

Ukrayna son vəziyyəti açıqladı: itkilər verib geri çəkilirlər...

Ukrayna Müdafiə Nazirliyi 16 mart saat 6:00-dək olan əməliyyat şəraiti ilə bağlı məlumat yayıb. Sfera.az  Ukrayna MN-ə istinadla xəbər verir ki, məlu...

Rusiyada “Birinci kanal”ın canlı efirində gözlənilməz hadisə - VİDEO

Rusiyanın "Birinci kanal”ının canlı efirində Ukraynadakı müharibəyə etiraz edilib. Sfera.az xəbər verir ki, telekanalın əməkdaşı Marina Ovsyannikova xəbər...