Zaqatalada doğuşdan sonra ananın ölüm səbəbi banan olub? - VİDEO

Zaqatalada doğuşdan sonra ananın ölüm səbəbi banan olub? - VİDEO
Zaqatala rayonunda qeysəriyyə əməliyyatından sonra ananın ölümünün yeni təfərrüatları məlum olub.

Sfera.az-ın məlumatına görə, Zaqatala rayonu Göyəm kənd inzibati ərazisinə aid Çökəkoba kənd sakini, 1995-ci il təvəllüdlü Rəna Eyvaz qızı Ramazanova uşaq dünyaya gətirmək üçün martın 18-də Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) doğum şöbəsinə müraciət edib.

Həmin gün Zaqatala RMX-nın doğum şöbəsində Rəna Ramazanovanı müayinə edən ginekoloq həkim Rəna Sultanova ona martın 19-da qeysəriyyə əməliyyatı ilə uşaq dünyaya gətirmək lazım olduğunu bildirib.

Belə ki, əməliyyatla qız uşağı dünyaya gətirən Rəna Ramazanovanın əməliyyatdan bir gün sonra dözülməz ağrıları başlayıb. Lakin həkimlər xəstənin yaxınlarına ciddi bir hal olmadığını bildiriblər.

Qadının vəziyyətinin ağırlaşdığını görən həkimlər martın 21-i səhər saatlarında Rəna Ramazanovanı reanimasiyaya yerləşdiriblər. Bundan bir neçə saat sonra ana dünyasını dəyişib. Mərhumun yaxınları qadının ölümünə həkim səhlənkarlığının səbəb olduğunu iddia edirlər.

Mərhumun yaxınları bildirib ki, ağrıları olan Rəna həkimə bu barədə məlumat versədə, kök olduğu üçün ağrıların normal olduğu cavabını alıb. Daha sonra Rənanın qaynanası da gəlininin ağrılarının səbəbini öyrənmək üçün həkimə müraciət edib və həkim qeyd edib ki, xəstə banan yediyinə görə köpüb və ağrılara səbəb budur.

Mərhumun atası Eyvaz Məmmədov bildirib ki, xəstəxanaya yerləşdirildikdən sonra yaxınlarını içəri buraxmayıblar və qızı onlara göndərdiyi səs yazılarında ona baxmadıqlarını və yardım etmədiklərini bildirib.

Məlumata görə, dünyaya gələn uşağın vəziyyəti normaldır.

Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda araşdırma aparılır. (APA)

OXŞAR XƏBƏRLƏR

Qəzada ölən "AA" nömrəli maşının sahibi kimdir? - FOTO

Bərdədə ölümlə nəticələnən ağır yol-nəqiliyyat hadisəsi baş verib.   Sfera.az-ın məlumatına görə, hadisə Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun Bərdə ra...

Polis polkovnik-leytenantı iş başında ÖLDÜ

Bakıda polis polkovnik-leytenantı iş başında vəfat edib. Sfera.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə bu gün Xətai Rayon Polis İda...

Üzücü XƏBƏR: 55 min pul yığılan 1 yaşlı uşaq vəfat etdi - VİDEO

"Bizim 11 uşağımız Türkiyəyə müalicə üçün getmişdi. O uşaqlar arasında körpə Amilimiz də var idi. Bu gün Amili itirdik". Bizim.Media xəbər verir ki, bu...

Azərbaycanlı Məmmədpaşanı Afrikada niyə öldürdülər?: “Onlar çox yaşamır” – TƏFƏRRÜATLAR

"Məmmədpaşa Axundovla şəxsi tanışlığım yoxdur. Amma onu deyim ki, Mavritaniyada qızıl axtaranlar çox yaşamır. Əvvəlcə şirnikləndirirlər, daha sonra bütün var...

Bakıda azyaşlı son anda ölümdən xilas oldu – VİDEO

Bakıda azyaşlı uşaq son anda ölümdən xilas olub.   Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.   Görüntülərdən məlum olur ki, mağa...

Bakıda sürücülər yolu kəsib əlbəyaxa dava etdi - ŞOK VİDEO

Binəqədi-Balaxanı yolunda iki sürücü arasında əlbəyaxa dava baş verib.    Sfera.az xəbər verir ki, görüntülər digər avtomobillərdən birinin ...