Yoluxma niyə artır? – “Əvvəlki ştamlara qarşı hazırlanmış vaksinlər “Omikron”a...”
12:51 / 28.01.2022
1746
"Omikron”dan
sonra bədəndə yaranan immunitet çox güman ki, koronavirusun digər ştamlarından
qorumayacaq”.
BunuSfera.az-a açıqlamasında infeksionist Fəxrəddin Soltanov deyib. Həkimin sözlərinə
görə, mutasiyaların artması yoluxmaların sayına ciddi şəkildə təsir göstərib:
"Hazırda
virusdan qorunmağın tək yolu peyvənddir. "Omikron”a yoluxma belə digər
mutasiyalara yoluxma və ağırlaşmama ehtimalını sıfıra endirmir. Hazırda
koronavirusun bir sıra mutasiyaları mövcuddur və bu səbəbdən də yoluxanların
sayı artmaqdadır. Bu baxımdan "Omikron” ştamına yoluxub "Delta”, yaxud digər
mutasiyalara yoluxmama riski yoxdur”.
İnfeksionist
buster dozanın tətbiqinə ciddi ehtiyac olduğunu deyib: "Delta
variantının immunitetdən yayına bilmə xüsusiyyəti elmə məlumdur. Digər məsələ
isə odur ki, "Omikron”dan öncəki variantlar əsasında hazırlanan vaksinlərin
effektində "Omikron”a qarşı zəifləmə var. Odur ki, buster dozanı da alsaq, bu
effekt əldə olunur”.