Yol polisi ilə nömrəsiz maşın sürən qazinin söhbəti izlənmə rekordu qırdı - VİDEO

Yol polisi ilə nömrəsiz maşın sürən qazinin söhbəti izlənmə rekordu qırdı - VİDEO
Yol polisi ilə nömrəsiz maşın idarə edən qazinin dialoqu böyük maraqla qarşılanıb.
 
Sfera.az  xəbər verir ki, polis görüntülərdə mədəni şəkildə qaziyə bunun yolverilməz olduğunu deyir və maşına qeydiyyat nömrəsini taxmağı xahiş edir.
 
Qazi də bu iradı normal qəbul edir.
 
Həmin görüntülər sosial şəbəkələrdə təqdir toplayıb, hər kəs polisə nəzakətli davranışa görə təşəkkür edib.
 
Qeyd edək ki, Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrrul Xidməti Alayının Xüsusi Tağımının əməkdaşları qazilərlə proflaktiki söhbətlər aparır, onlara qanunun tələblərinə tabe olmağın vacibliyi bildirilir. Qeyd olunur ki, Vətən müharibəsi qazilərinə daim diqqət və qayğı var. Lakin avtomobili nömrəsiz idarə etmək yolverilməzdir.

Söhbət zamanı qazilər də bu hərəkətin səhv olduğunu anladıqlarını ifadə ediblər. Daha sonra dövlət nömrə nişanları avtomobillərin üzərinə vurulub.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərin diqqətinə çatdırır ki, bu cür qayda pozuntularına yol verməsinlər.
 
Videonu təqdim edirik:
 



OXŞAR XƏBƏRLƏR

Azərbaycan hərbçiləri Qaragöldə buz üstündə əyləndilər - VİDEO

Azərbaycan hərbçilərinin maraqlı görüntüləri yayılıb. Hərbçilər Laçın rayonu ərazisində yerləşən Qaragöldə buzun üzərində sürüşüblər. Həmin görüntül...

Bakıda şagirdləri döyməkdə adı hallanan direktor kimdir? - VİDEO

Bakıda müəllimlərdən birinin şagirdləri döyməsini əks etdirən görüntülər yayılıb. Sfera.az  xəbər verir ki, həmin görüntülərin 9 saylı tam orta məktə...

Putin Azərbaycan atalar sözünü dedi - VİDEO

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevin 60 illik yubileyinə həsr olunmuş "Prezident. Təkrarsız diplomatiya" filmindəki müsahibəsin...

Erməni təmsilçi Sonadan DANIŞDI

"Uşaq Avroviziyası-2021” beynəlxalq mahnı müsabiqəsində qalib gələn Ermənistan təmsilçisi Malena yarışma sonrası təmsilçimiz Sona Əzizova ilə qucaqlaşmasından d...

Baxıcı qadından şübhələndi, evə kamera qoydurdu: Gördüklərindən DƏHŞƏTƏ GƏLDİ - ANBAAN VİDEO

Bakıda xəstə yaşlı qadına qarşı fiziki zorakılıq edilib. Sfera.az xəbər verir ki, hadisə ilə bağlı videogörüntü qeydə alınıb. Müşahidə kameralarına ...

Yol polisi ilə nömrəsiz maşın sürən qazinin söhbəti izlənmə rekordu qırdı - VİDEO

Yol polisi ilə nömrəsiz maşın idarə edən qazinin dialoqu böyük maraqla qarşılanıb.   Sfera.az  xəbər verir ki, polis görüntülərdə mədəni şəkildə qaz...