Yevlaxda zəncirvari yol qəzası olub, xəsarət alanlar var - FOTOLAR

Yevlaxda zəncirvari yol qəzası olub, xəsarət alanlar var - FOTOLAR
Yevlaxda baş verən zəncirvari yol qəzası zamanı xəsarət alanlar var.

Sfera.az xəbər verir ki, hadisə rayonun Salahlı kəndi yaxınlığından keçən magistral yolda qeydə alınıb. Hərəkətdə olan qadın sürücünün idarə etdiyi BMW markalı avtomobil idarəetmədən çıxaraq qəzaya səbəb olub. Qəza zamanı "VAZ 2107" və "VAZ 2114" markalı avtomobillərinin də iştirakı ilə zəncirvari qəza baş verib.
 
Qəzanın baş verməsinə səbəb olan qadın sürücü hadisə yerindən yayınıb. Hadisə zamanı avtomobildə olan 1980-ci il təvəllüdlü Cəfərov Qəzənfər Zaur oğlu və 1988-ci il təvəllüdlü Məcidov Hüseyn Sahib oğlu müxtəlif dərəcəli bədən xəsarəti alaraq Yevlax Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Yaralılar Mingəçevir şəhər sakinləridir.

Faktla bağlı araşdırma aparılır.


 

OXŞAR XƏBƏRLƏR

Xızıda qəzada 3 nəfər öldü - Biri iki aylıq körpədir

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) Xızıda 3 nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb. BDYPİ-dən Sfera.az-a daxil olan məlu...

Sumqayıtda avtobus qəzası – Xeyli sayda yaralı var/ FOTOLAR

Sumqayıtda "Hyundai" markalı mikroavtobus aşıb. Sfera.az xəbər verir ki, hadisə Sumqayıt Texnologiyalar Parkının qarşısından keçən avtomobil yolunda ...

Külək Bakıda yeni təmirdən çıxan xəstəxananın damını uçurdu - FOTO/VİDEO

Bakıda ötən gündən etibarən əsən güclü külək xəstəxananın damını uçurub. Sfera.az-ın məlumatına görə, bu barədə görüntülər sosial şəbəkələrdə paylaş...

Azərbaycanlı Ukraynadakı döyüşlərdə həlak oldu - FOTO

Ukraynada yaşayan azərbaycanlı Məmmədov Fuad Fərhad oğlu Donetsk vilayəti uğrunda gedən döyüşlərdə həlak olub. Sfera.az xəbər verir ki, F.Məmmədov Konstanti...

"Azərsun Sənaye Parkı”nda YANĞIN - Helikopterlər cəlb edildi - FOTOLAR / VİDEO 

Xəbər verdiyimiz kimi, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən "Azərsun Sənaye Parkı...

Ağdamda avtoxuliqanlıq edən şəxs həbs edildi - FOTO

Ağdam Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində yol hərəkəti qaydalarını pozaraq digər sür...