Xızıda qəzada 3 nəfər öldü - Biri iki aylıq körpədir

Xızıda qəzada 3 nəfər öldü - Biri iki aylıq körpədir
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) Xızıda 3 nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb.

BDYPİ-dən Sfera.az-a daxil olan məlumatda deyilir:

"Bu gün saat 09:00 radələrində Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Xızı rayonu ərazisindən keçən 69-cu kilometrliyində paytaxt istiqamətində hərəkətdə olan Xızı rayon sakini 1991-ci il təvəllüdlü Qasımov Orxan Heydər oğlunun idarə etdiyi "VAZ 2106” markalı, 10-BP-326 dövlət qeydiyyat nişanlı avtomobil ilə onunla əks istiqamətdə hərəkətdə olan Rusiya Federasiyasının vətəndaşı Maqomed Abdulmecidovun idarə etdiyi "DAF” markalı, T 706ME05 qeydiyyat nişanlı yük avtomobili toqquşub.

Nəticədə, "VAZ 2106” markalı avtomobilin sürücüsü O.Qasımov, eləcə də sərnişinləri Xızı rayon sakini 1991-ci il təvəllüdlü Xudabaxışov Pərviz Nurəddin oğlu və onun 2 aylıq qızı Xudabaxışlı Mədinə Pərviz qızı hadisə yerində ölmüş, avtomobildə olan digər sərnişinlər - 1964-cü il təvəllüdlü Vəsxanım Xudabaxışova və 1998-ci il təvəllüdlü Əfsanə Xudabaxışova isə xəsarət almışlar. Yaralılar Siyəzən Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilmişdir.

Faktla bağlı araşdırma aparılır".
 

OXŞAR XƏBƏRLƏR

Xızıda qəzada 3 nəfər öldü - Biri iki aylıq körpədir

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) Xızıda 3 nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb. BDYPİ-dən Sfera.az-a daxil olan məlu...

Sumqayıtda avtobus qəzası – Xeyli sayda yaralı var/ FOTOLAR

Sumqayıtda "Hyundai" markalı mikroavtobus aşıb. Sfera.az xəbər verir ki, hadisə Sumqayıt Texnologiyalar Parkının qarşısından keçən avtomobil yolunda ...

Külək Bakıda yeni təmirdən çıxan xəstəxananın damını uçurdu - FOTO/VİDEO

Bakıda ötən gündən etibarən əsən güclü külək xəstəxananın damını uçurub. Sfera.az-ın məlumatına görə, bu barədə görüntülər sosial şəbəkələrdə paylaş...

Azərbaycanlı Ukraynadakı döyüşlərdə həlak oldu - FOTO

Ukraynada yaşayan azərbaycanlı Məmmədov Fuad Fərhad oğlu Donetsk vilayəti uğrunda gedən döyüşlərdə həlak olub. Sfera.az xəbər verir ki, F.Məmmədov Konstanti...

"Azərsun Sənaye Parkı”nda YANĞIN - Helikopterlər cəlb edildi - FOTOLAR / VİDEO 

Xəbər verdiyimiz kimi, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən "Azərsun Sənaye Parkı...

Ağdamda avtoxuliqanlıq edən şəxs həbs edildi - FOTO

Ağdam Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində yol hərəkəti qaydalarını pozaraq digər sür...