Yeni toyu olan dünya çempionumuz arzusuna çatdı: "Bunu çoxdan gözləyirdim"

Yeni toyu olan dünya çempionumuz arzusuna çatdı:
Karate üzrə 12 qat Avropa və 4 dəfə dünya çempionu Rafael Ağayev karatenin 2020-cı ildə Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına salınmasına münasibət bildirib.

BiG.AZ xəbər verir ki, hurriyyet.org-a danışan idmançı bu qərar verildiyi gündən şox sevindiyini və bunu çoxdan arzuladığını dilə gətirdi: "Əlbəttə ki, karatenin 2020-ci il Olimpiadasına daxil olması sevindirici haldır. İnşallah, qismət olarsa, biz orada layiqincə iştirak edəcəyik. 2020-ci ildə 35 yaşım olacaq. Buna baxmayaraq, özümə inanıram.

Mən bu qərarın verilməsini çoxdan gözləyirdim və arzu edirdim. Şükür, qismət oldu. Təbii ki, buna tək mən yox, bütün dünya karateçiləri sevinir.
İndi bilirik ki, Yaponiyadakı Olimpiadada gərgin mübarizə olacaq, ilk olaraq lisenziya uğrunda ciddi mübarizə gedəcək, sonra olimpiada. Təbii ki, bizim yaxşı idmançılarımız var, onların da yaxşı çıxış edəcəyinə inam böyükdür”.
 
Tanınmış karateçi yaşı ilə bağlı məsələyə də toxundu: "Çoxları mənə "artıq bəsdir, karate üçün yaşın çoxdur, gənclərə yol aç” deyə bilər. Düzdür, gənclərimizin gözüm üstə yerləri var, amma mən məqsədimin ardınca gedəcəm. Nə qədər gücüm var Azərbaycan bayrağını yüksəldib, himnimizi səsləndirəcəm”. 

R.Ağayev hazırda Rioda çıxış edən idmançılarımıza da uğurlar arzuladı: "Hazırda Brazilyanın Rio şəhərində keçirilən Olimpiya Oyunlarında iştirak edən hər bir idmançımıza uğurlar arzu edirəm, çoxlu medallar qazansınlar”.

OXŞAR XƏBƏRLƏR

Müsəlman futbolçu LGBT dizaynlı forma ilə meydana çıxmaqdan imtina etdi - FOTO

Fransanın məşhur "PSG” (Paris Saint-Germain) futbol klubunun LGBT dizaynlı forması qalmaqala səbəb olub.     Sfera.az xəbər verir ki, klubun müsəl...

75 peşəkar görüşdə məğlub olmayan boksçu rinqdə ürəyinə uduzdu

Peşəkar döyüşlərdə 75 görüşdə məğlub olmayan, əslən Türkiyədən olan boksçu Musa Askan Yamak infarkt keçirib. Giresunun Alukra rayonundan doğulan və Almaniyada...

Əfsanəvi futbolçuların Azərbaycana gəliş SƏBƏBLƏRİ məlum oldu

İspaniya yığmasının və Madrid "Real”ının əfsanəvi futbolçuları - Raul Qonsaleslə İker Kasilyas gələn ay Azərbaycana səfər edəcək.   Bu barədə jurnalis...

“Neftçi”nin kapitanı “Qarabağ”la matçda oynamayacaq

"Neftçi"nin kapitanı Emin Mahmudov "Qarabağ"a qarşı Azərbaycan Premyer Liqasının XXVIII tur oyununu buraxacaq. Sfera.az xəbər verir ki, buna 30 yaşlı yarı...

“Zirə” - “Neftçi” oyununda İNSİDENT

"Zirə” və "Neftçi” komandaları arasında keçirilən Azərbaycan Premyer Liqasının XXVII tur oyununda insident yaşanıb.  Sfera.az xəbər verir ki, görüşün...

"Barselona"nın sabiq futbolçusu avtomobil qəzasında ÖLDÜ

"Barselona"nın sabiq futbolçusu Maksi Rolon avtomobil qəzasında vəfat edib. Sfera.az "Goal"a istinadən xəbər verir ki, 27 yaşlı forvardın idarə etdiy...