“Yeni silahlanma mərhələsinə “start” veriləcək” – Rusiya bu ölkələrlə də müharibə astanasındadır...

“Yeni silahlanma mərhələsinə “start” veriləcək” – Rusiya bu ölkələrlə də müharibə astanasındadır...
"Avropa qitəsində Finlandiya, İsveçrə, İsveç kimi neytral siyasət yürüdən ölkələr var. Onların təbii olaraq dövlət kimi milli ideyaları, baxışları var və həmişə Şərq-Qərb qarşıdurmasında barışdırıcı mövqe ilə çıxış edirlər."

Bu fikirləri Finlandiya və İsveçin NATO-ya üzv olmaqla bağlı verilən açıqlamasını politoloq Tofiq Abbasov Sfera.az-a şərh edərkən deyib.
 
 
Rusiya Xarici İşlər Nazirliyin də öz növbəsində bu ölkələrin istəyi ilə bağlı xəbərdarlıq edib və sərt mövqe nümayiş etdirəcəyini bildirib.

Maraqlıdır, sərhəd Finlandiya ilə bağlı Rusiya hansısa sərt addım ata bilərmi? 
 
Politoloq Finlandiya və İsveçin dünya üçün barışdırıcı qüvvə olduğunu bildirib. Onun sözlərinə görə, yeni silahlanma mərhələsi başlana biləcək.

Təsadüfi deyil ki, Avropanın ikinci dünya müharibəsindən sonra sülh istiqamətində apardığı konfransların çoxu Finlandiyada keçirilib. Elə başa düşürəm ki, bu ölkələrin NATO-ya daxil olması təhdidlər yaradacaq. Ona görə ki, ilk növbədə İsveç və Finlandiya Rusiya ilə yerüstü, dəniz sərhədləri olan ölkələrdir. Bununla da yeni silahlanma mərhələsində "start” veriləcək. Əgər Finlandiya parlamentində bu məsələ müzakirə çıxarılıbsa, son sözü prezident deyəcək. İsveçdə isə kral hökumətinin rəyi həllini tapmamış məsələdir”. 

Politoloq Finlandiya və İsveçin NATO-ya üzv olmasının bir sıra ölkələr üçün problem yaradacağını da sözlərinə əlavə edib:

"Rusiya və Ukrayna arasında müharibənin başlanması üçün Qərb uzun müddət idi səy göstərirdi. İndi onlar öz istəklərinə nail olublar. Bu qarşıdurmaya məqsədyönlü fəaliyyətlər həsr olunmuşdu və nəticə də onların gözlədiyi kimi oldu. Müharibəni kimin qazanacağı ilə bağlı müxtəlif fikirlər mövcuddur, lakin fakt odur ki, hər iki tərəfdən artıq 20 mindən artıq çox insan məhv olub. Ukrayna infrastrukturu dağılıb, həyatın nəbzi pozulub. Bundan sonra hansı xeyri götürmək mümkün olacaq? Buna görə də generallar mühribənin olmasını istəmirlər, çünki onlar müharibənin ən iyrənc üzünü görən şəxslərdir. Əgər Finlandiya və İsveç NATO-ya daxil olmaq istəsələr, yeni bir qarşıdurmanın yaranmasına gətirib çıxaracaqlar. Bununla da digər ölkələr üçün də problemlər yaranmış olacaq”. 

Əzizə Zeynal 


 

OXŞAR XƏBƏRLƏR