Yeni dövlət qurumunun büdcəsi AÇIQLANDI

Yeni dövlət qurumunun büdcəsi AÇIQLANDI

Sfera.az report-a itsinadən bildirir ki, Palata öz fəaliyyətində müstəqildir və Azərbaycan Respublikasının Konstitusiyasını, ölkənin tərəfdar çıxdığı beynəlxalq müqavilələri, "Publik hüquqi şəxslər haqqında" qanunu, ölkənin digər qanunlarını, Azərbaycan Respublikası prezidentinin fərman və sərəncamlarını, Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər normativ hüquqi aktları və bu Nizamnaməni rəhbər tutur.

Palata sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilməz. Onun əsas məqsədi mənfəət götürmək deyildir. Palatanın fəaliyyəti nəticəsində əldə olunan vəsaitlər (gəlirlər) onun fəaliyyətinin təmin edilməsinə yönəldilir.

Palata publik hüquqi şəxsdir və bu Nizamnamə ilə müəyyən edilmiş istiqamətlərdə fəaliyyət göstərir. Palata müstəqil balansa, sərəncamında olan əmlakına, banklarda, o cümlədən Azərbaycan Respublikasının Mərkəzi Bankında hesablara, habelə xəzinə hesablarına, üzərində öz adı həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir.

Palatanın nizamnamə fondu 5 milyon manatdır. Palatanın əmlakı təsisçi tərəfindən ödənilən nizamnamə fondundan, ona təsisçi tərəfindən verilmiş digər əmlakdan, qanunla müəyyən olunmuş hallarda Palatanın nəzarət etdiyi subyektlər tərəfindən ödənilən haqlardan və qanunla qadağan edilməyən digər vəsaitlərdən formalaşır. Palatanın əmlakı üzərində sahiblik, istifadə və sərəncam vermək hüquqları Palataya məxsusdur. Palatanın sərbəst maliyyə aktivləri Azərbaycan Respublikasının Dövlət Xəzinədarlığı Agentliyində saxlanılır. Palata ona verilmiş əmlakdan yalnız bu Nizamnamədə müəyyən olunmuş məqsədlərə uyğun istifadə edə bilər. Dövlət Palatanın öhdəlikləri üçün cavabdeh deyil və onun fəaliyyəti ilə bağlı zərər üçün Palataya verdiyi əmlakın dəyəri həddində risk daşıyır.

Palatanın fəaliyyətinə nəzarət Azərbaycan Respublikasının prezidenti tərəfindən həyata keçirilir. Palatanın fəaliyyətinə dair hesabat, habelə maliyyə hesabatı Direktorlar Şurası tərəfindən Azərbaycan Respublikasının prezidentinə təqdim edilir.

Palata hər il mart ayının 31-dək əvvəlki ildə ölkənin maliyyə bazarlarındakı vəziyyət və inkişaf perspektivləri barədə Azərbaycan Respublikasının prezidentinə hesabat təqdim edəcək.

Palata Bakı şəhərində yerləşir.

Palatanın əsas məqsədi Azərbaycan Respublikasında maliyyə bazarlarının səmərəli fəaliyyətini və dayanıqlığını təmin etmək, kreditorların, sığortalıların, investorların və maliyyə bazarlarının digər istehlakçılarının hüquqlarını qorumaqdır. Palata bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyəti həyata keçirərkən maliyyə bazarlarının tənzimlənməsi sahəsində qabaqcıl beynəlxalq prinsip və standartları əsas götürür.

Qeyd edək ki, Maliyyə Bazarlarına Nəzarət Palatası "Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin yaradılması haqqında" Azərbaycan Respublikası prezidentinin 2016-cı il 3 fevral tarixli 760 nömrəli fərmanına əsasən, qiymətli kağızlar bazarı, investisiya fondları, sığorta, kredit təşkilatları (bank, bank olmayan kredit təşkilatları və poçt rabitəsinin operatoru) və ödəniş sistemləri sahəsində fəaliyyətin lisenziyalaşdırılması, tənzimlənməsi və ona nəzarət, habelə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində nəzarət sisteminin təkmilləşdirilməsini, həmçinin bu sahələr üzrə nəzarət sisteminin şəffaflığını və çevikliyini təmin etmək məqsədi ilə yaradılıb.


OXŞAR XƏBƏRLƏR

Prezident bu nazirliyin səlahiyyətlərini artırdı - FƏRMAN

Azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqların idarə edilməsi sahəsində Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyətləri artırılıb. Sfera.az...

AZAL-ın zərəri 1 milyard dolları ötdü: şirkət hər il ziyanla işləyir

"Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti (AZAL) 2020-ci ilə dair maliyyə hesabatını açıqlayıb. Sfera.az bildirir ki, hər il zərər edən AZAL pand...

Mərkəzi Bankın zərər etməsi nəyin əlamətidir?

Azərbaycan Mərkəzi Bankı (AMB) 2021-ci ili böyük zərərlə başa vurub. İlk baxışdan bu, mənfi hal kimi görünsə də, əslində AMB-nin zərər etməsi müsbət göstəricidi...

Qızıl ucuzlaşdı - Dollarda isə bahalaşma...

Son bir ayda xalis qızılın qiymətində 9,6 faizdən çox enmə qeydə alınıb. Bir ay əvvəl qramının qiyməti 64 dollar olan qızılın dəyəri hazırda 57,8 dollardır. ...

Buğdanın qiymətinin artmasının Azərbaycana təsirləri - Çörək yenidən bahalaşacaq?

Bu həftənin ilk günündə Çikaqo birjasında buğdanın dəyərində növbəti kəskin artım qeydə alınıb. Ötən həftənin sonu bir tonu 429 dollara satılan buğdanın qiyməti...

Azərbaycanda maaşlar artdı - Orta əmək haqqı 800 manatı keçdi

2022-ci il aprelin 1-i vəziyyətinə ölkəmizdə muzdla (əmək haqqı ilə) çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 23,1 min nəfər və ya 1,4 faiz ar...