Yaddaşımızdan silinməyən 31 Mart Soyqırımı - Bu gün üzə çıxan DƏHŞƏTLƏR

Yaddaşımızdan silinməyən 31 Mart Soyqırımı - Bu gün üzə çıxan DƏHŞƏTLƏR
Hər il 31 Mart tarixi Azərbaycan Respublikasında və bütün dünya azərbaycanlıları tərəfindən xalqımızın soyqırımı günü kimi qeyd olunur.
 
1918-ci ilin Mart qırğınları "Böyük Ermənistan” xülyası ilə yaşayan ermənilərin azərbaycanlılara qarşı kütləvi qırğınının davamı idi. Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqla həyata keçirilmişdir. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirilmiş, onlara məxsus evlər yandırılmış, məktəblər, xəstəxanalar, məscid və digər infrastruktur və mədəni abidələr məhv edilmişdir. Minlərlə dinc azərbaycanlı yalnız milli mənsubiyyət zəminində qətlə yetirilmişdir.
 
Faciənin miqyası
 
Faciənin günahsız qurbanları içərisində qadınlar və uşaqlar xüsusilə seçilir. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən yaradılan Fövqəladə İstintaq Komissiyasının sənədlərində 1918-ci ilin mart-aprelində Bakı, Şamaxı, Quba, Muğan və Lənkəranda ermənilər 50 min azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz doğma yurd-yuvalarından didərgin salmışlar. Təkcə Bakıda 30 minə yaxın azərbaycanlı xüsusi qəddarlıqla öldürülmüşdür. Ermənilər
Şamaxı qəzasında 1653-ü qadın və 965-i uşaq olmaqla ümumilikdə  7000-dən çox insanı soyqırıma məruz qoymuşdular. Şamaxıda 58, Quba ərazisində 122, Qarabağın Dağlıq hissəsində 150, Zəngəzurda 115, İrəvan Quberniyasında 211 kənd yerlə-yeksan olunub.
 
Bu gün bu dəhşətli soyqırımın izlərini 31 Mart 2007-ci ildə Quba şəhərində tikinti məqsədilə aparılan qazıntılar zamanı təsadüfən aşkar edilmiş kütləvi məzarlıqda görmək olar. Hansı ki, məzarlıq bu gün "Soyqırımı Memorial Kompleksi" adı ilə fəaliyyət göstərir.
 
Mart soyqrımını Ballıqaya, Qaradağlı, Xocalı və Ağdaban qətliamları əvəzlədi
 
Erməni vəhşiliyi təkcə 1918-ci il hadisələri ilə yekunlaşmadı. Ötən əsrin 90-cı illərində ermənilər 1918-ci ildə olduğu kimi, Ballıqaya, Qaradağlı, Xocalı və Ağdaban qətliamlarını törətdi. Həmin faciələr də ən az Mart soyqrımı qədər dəhşətli və amansız idi. Bu gün bu soyqırımların real faktları üzə çıxarılır.
 
44 günlük müharibə sonrası işğaldan azad edilən ərazilərdə Birinci Qarabağ müharibəsi zamanı işğalçı ermənilər tərəfindən qeyri-insani şəraitdə saxlanılan, daha sonra isə xüsusi amansızlıqla qətlə yetirilən mülki Azərbaycan vətəndaşlarının kütləvi məzarlıqları aşkarlanır. Belə kütləvi məzarlıqlardan biri bir müddət öncə Xocavəndin Edilli kəndində aşkarlandı. Edillidə aşkarlanan kütləvi məzarlıq erməni həqiqətlərinin üzə çıxması və bu xalqın əsl mahiyyətinin dünyaya sübutu baxımından çox vacib idi. Edilli kəndi əslində başlanğıc idi və ardının gələcəyi gözlənilirdi. Gözləntilər özünü doğrultdu. Belə ki, Azərbaycan ordusunun bölmələri Xocalı rayonunun Fərrux kəndini və kəndin ətrafındakı Daşbaşı yüksəkliyini nəzarətə götürdükdən sonra orada səngər qazarkən insan qalıqları aşkar ediblər.
 
Həmin qalıqlar da eynilə Edilli kəndində olduğu kimi, 1-ci Qarabağ müharibəsi zamanı Fərrux kəndi və Daşbaşı yüksəkliyi uğrunda gedən şiddətli döyüşlər zamanı şəhid olmuş Azərbaycan hərbçilərinə aid olduqları təxmin edilir.
 
Mümkündür ki, Ağdam, Füzuli, Xocavənd Şuşa şəhərinin ətraflarında da kütləvi məzarlıqlar olsun. Bu cür kütləvi məzarlıqlar Ermənistan ərazisində də ola bilər.
 
31 Mart soyqırımı ərəfəsində Fərrux kəndi ətrafında aşkarlanan kütləvi məzarlıq faktiki olaraq illər keçsə də erməni vandalizminin, barbarlığının dəyişmədiyini göstərir.  
 
Turan Rzayev
Sfera.az

 

OXŞAR XƏBƏRLƏR

Tərəvəzlərin qiymətində ŞOK DƏYİŞİKLİK – Bahalaşma 72 faizə çatdı

2022-ci ilin aprelin sonuna olan məlumata əsasən Azərbaycanda tərəvəzlərin qiyməti ötən ilin aprel ayı ilə müqayisədə 71,5 faiz artıb. Tərəvəzlərdə illik bahala...

“Azərbaycan da hazırlığa başlamalıdır, yoxsa…” – XƏBƏRDARLIQ

"Almaniyanın xarici işlər naziri Annalena Berbokun sözlərinə görə, Ukraynadakı vəziyyət dəyişməzsə, dünyada aclıq ehtimalı artacaq”.   Sfera.az xəbər ver...

“Türkiyə İsveç və Finlandiyaya şərt qoyacaq ki...” – Rusiyanın qonşuları kompromisə gedir?

İsveç NATO-ya üzvlük üçün Türkiyəyə heyət göndərib. Finlandiya isə adıçəkilən təşkilata rəsmi qaydada üzvlük üçün çərşənbə günü müraciət edəcək.   Maraql...

“Bu tarixdən etibarən Türkiyənin hərbi bazası Azərbaycanda olacaq” – AÇIQLAMA

"Rusiya nümayəndəsinin BMT-də Azərbaycanı bioloji silahların laboratoriyası qurmaqda ittiham etməsi, Kremlin yeni təzyiq mexanizmdir”.  Sfera.az xəbə...

8 il öncəki ssenari niyə təkrarlanmır? - Müharibəyə rəğmən neftin bahalaşmasının əsas səbəbləri

2014-cü ildən fərqli olaraq 2022-ci ildə Rusiya Ukraynada hərbi əməliyyatlara başlayanda neftin ucuzlaşmasını müşahidə etmədik, əksinə "qara qızıl”ın bir qədər ...

9 Maydan imtina etməliyik?

Rusiyanın Ukraynaya qarşı apardığı işğalçı müharibə bir çox məsələlərə münasibəti dəyişib. Təəssüf ki, bunlardan biri də 9 May – Alman faşizmi üzərində Qələbə g...