"Whatsapp"da yenilik: Səsli mesajları yazmaqdan əvvəl...
00:13 / 03.11.2021
3845
Bir çox "Whatsapp" istifadəçisi yazmaqdansa səsli mesaj atmağa üstünlük verir. Ancaq bəzən dediklərindən peşman olub, mesajı ləğv etmək istəyirlər. Bu halda mesajı atmazdan əvvəl onu dinləməkdə fayda var.
"Whatsapp" bu yaxınlarda tətbiqin ən son beta versiyası "v2.21.22.6"da səsli mesajla bağlı yenilik edib.
Belə ki, istifadəçilər səs yazarkən artıq onu göndərməzdən əvvəl dinləyə biləcəklər. Bunun üçün "səsli mesaja baxış" funksiyası istifadəyə verilib./Lent.az