Vilyam Hacıyev baş həkimlərdən 70 min pul alıbmış? – ARAŞDIRMA

Vilyam Hacıyev baş həkimlərdən 70 min pul alıbmış? – ARAŞDIRMA
Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli Rayon İcra Hakimiyyətinin həbsdə olan sabiq icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam edir. Bu dəfə sabiq icra başçısı ilə bağlı daha bir ittiham irəli sürülüb.

Məhkəmədə ifadə verən İmişli Rayon İcra Hakimiyyətinin baş mühasibi Cəmil Musayevin sözlərinə görə Vilyam Hacıyev vəzifəyə təyin olunandan həbs olunana qədər 4 milyondan çox qanunsuz yolla vəsait toplayıb.

Həmçinin bildirib ki, Vilyam Hacıyev Mərkəzi Rayon Xəstəxanasına baş həkim təyinatı üçün 70 min manat, Olimpiya Mərkəzinə direktor təyinatı üçün isə 10 min manat pul alıb. Bundan əlavə dövlət büdcəsindən icra hakimiyyəti binasının tikintisi üçün ayrılan puldan külli miqdarda mənimsədiyini və bu pulu şəxsən Vilyam Hacıyevə təqdim etdiyini bildir

Proses zamanı Vilyam Hacıyev isə Cəmil Musayevin dediklərini şər və böhtan adlandıraraq dəlil təqdim etməsini tələb edib. 

Məsələ ilə bağlı İmişli Rayon İcra Hakimiyyətinin baş mühasibi Cəmil Musayevlə əlaqə yaratdıq. Qurum rəsmisi sualı dinləyəndən sonra telefon əlaqəsini yarımçıq kəsib və zənglərə cavab verməyib.

Bizim.media olaraq 2002-ci ildən 2020-ci ilə qədər İmişli Rayon icra başçısı vəzifəsində çalışan Vilyam Hacıyevin fəaliyyəti dövründə sözügedən rayonun Mərkəzi xəstəxanasına baş həkim təyinatı ilə bağlı araşdırma apardıq.

Məlum olub ki, 2012-ci ildən 2018-ci ilə qədər sözügedən xəstəxanaya baş həkim kimi Cəsur Paşayev rəhbərlik edib (ondan əvvəl xəstənaya rəhbərlik edən baş həkim haqda məlumat yoxdur) Daha sonra o, müvafq əmrlə işdən çıxarılaraq yerinə Eynulla Qasımov təyinat alıb. Eynulla Qasımovun da xəstəxanaya rəhbərliyi çox çəkməyib.

O. 2021-ci ilin dekabrında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri vəzifəsini müvəqqəti icra edən Vüqar Qurbanovun əmri ilə işindən kənarlaşdırılıb. 

Vilyam Hacıyevin icra başçısı olduğu dövrdə İmişli Rayon Xəstəxanasının 3 dəfə baş həkimi dəyişdirilib. 

Məsələ ilə bağlı sözügedən xəstəxana ilə əlaqə yaratmaq mümkün olmayıb. 

Xatırladaq ki, 2020-ci il mayın 5-də Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla saxlanılıb.

İstintaq orqanı tərəfindən toplanmış materiallarla sabiq icra başçısı barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə yekun ittiham elan olunub.

Məlumat üçün bildirək ki, Vilyam Hacıyevlə bağlı növbəti məhkəmə prosesi bu gün baş tutacaq. 

OXŞAR XƏBƏRLƏR

Lənkəranda taksiyə müştəri qismində əyləşib evinə sürdürdü: Öldürüb, həyətində basdırdı - TƏFƏRRÜAT

Lənkəranda qətl törətməkdə təqsirləndirilən Elvin Hüseynzadəyə hökm oxunub və o, 19 il müddətinə azadlıqdan məhrum edilib.   Bu barədə "Report”a zər...

Şamili öldürüb 24 gün sonra tutulan şəxs dostu imiş... - Bakıdakı QƏTLİN TƏFƏRRÜATI

Bakıda 24 gün əvvəl törədilən qətllə bağlı bəzi məqamlar üzə çıxıb. Sfera.az xəbər verir ki, söhbət bu ilin aprel ayının 23-də paytaxtın Nərimanov rayonu ər...

“Eldar Mahmudovun adından böyük məbləğlərdə pullar tələb edirdi” – MTN işində şok ifadələr

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Y...

Əməliyyat keçirildi - 202 nəfər saxlanıldı

Daxili İşlər Nazirliyi (DİN) mayın 13-də qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb. DİN-in mətbuat xidmətindən Sfera.az-...

Sumqayıtda kirayədə qalan qadın niyə öldürülüb? - QONŞULAR DANIŞDI - VİDEO

Ötən gün Sumqayıtda gənc qadın tanışı tərəfindən boğularaq qətlə yetirilib.   Sfera.az xəbər verir ki, bu barədə Xəzər TV sujet hazırlayıb. İlkin araş...

Vilyam Hacıyevin məhkəməsində ŞOK İFADƏ: “Rüşvət yox, rüsum ödəmişəm”

Artıq uzun zamandır ki, İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam edir. Sfera.az-ın xəbərinə gö...