Vergilər Nazirliyində yeni idarə yaradıldı

Vergilər Nazirliyində yeni idarə yaradıldı

Vergilər Nazirliyində Vergi risklərinin təhlili və nəzarəti baş idarəsi yaradılıb. İlkin Vəliyev idarəyə rəhbər təyin edilib. Bunu Trend-ə Vergilər Nazirliyindən deyiblər.

İ.Vəliyev daha əvvəl İqtisadi təhlil və sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı baş idarəsinin rəisi vəzifəsini tutub. Hazırda bu vəzifə vakant qalır.

Beynəlxalq münasibətlər və maliyyə institutlarında vergi monitorinqi baş idarəsinin rəisi də dəyişdirilib. İdarəyə Orxan Musayev rəhbər təyin edilib. O.Musayev bu struktur bölməsində rəis müavini işləyib. Bu idarənin əvvəlki rəhbəri Ələkbər Məmmədov hazırda Vergilər Nazirliyinin Tədris və insan resurslarının inkişafı sahələri üzrə nazirin müşaviridir.

Struktur dəyişiklikləri çərçivəsində İqtisadi təhlil və sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı baş idarəsi, eləcə də Vergi auditi və operativ nəzarət baş idarəsi indi idarələrə çevriliblər. Vergi auditi və operativ nəzarət idarəsinin rəisi əvvəlki kimi Toğrul Quliyevdir.


OXŞAR XƏBƏRLƏR

İlham Əliyev Türkiyədə - CANLI

Prezident İlham Əliyev Türkiyəyə rəsmi səfər edib. Sfera.az xəbər verir ki, dövlət başçısı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə Rize-Artvin hav...

Prezident hərbçiləri təltif etdi - SİYAHI

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçuları və mülki işçilərinin təltif edi...

Azərbaycanda un BAHALAŞDI - Yeni qiymətlər

Azərbaycanda unun qiyməti bahalaşıb. Sfera.a-ın əldə etdiyi məlumata görə, "Karmen" ununun bir kisəsinin qiyməti 26 manatdan 36 manata, "Faduoğlu" unun...

Ermənistan ordusu Azərbaycan mövqelərini atəşə tutdu- RƏSMİ

İyunun 26-da saat 14:50-dən başlayaraq iyunun 27-i saat 03:00 radələrinədək Ermənistan silahlı qüvvələrinin bölmələri Vardenis rayonunun Yuxarı Şorca kəndi yaxı...

Milli "gözümüz" bizi istəməyənlərin gözünü çıxardacaq - VİDEO

Bir müddət əvvəl Kanada şirkəti Bayraqdar SİHA-lara göz, yəni elektro-optik termal müşahidə kameraları  sistemi satmağı dayandırmışdı. Sfera.az xəbər...

Qoşunlarımız Qubadlı və Laçında düşmənə ciddi zərbə vurdu

Oktyabrın 24-ü gün ərzində və 25-nə keçən gecə cəbhənin Ağdərə, Xocavənd, Füzuli, Hadrut, Qubadlı və Laçın istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensi...