Milli "gözümüz" bizi istəməyənlərin gözünü çıxardacaq - VİDEO
21:18 / 06.11.2020
6671
Bir müddət əvvəl Kanada şirkəti Bayraqdar SİHA-lara göz, yəni elektro-optik termal müşahidə kameraları sistemi satmağı dayandırmışdı.
Sfera.az xəbər verir ki, Türkiyənin "Aselsan" şirkətinin istehsalı elektro-optik termal müşahidə kameraları Bayraqdar SİHA-larda uğurla sınaqdan keçirilib. Test uçuşları şəxsən Səlcuq Bayraqdarın özünün nəzarəti altında həyata keçirilib.
Artıq kanadalıların "gözlərinə" ehtiyacımız yoxdur. Milli "gözümüz" bizi istəməyənlərin gözünü çıxardacaq.
Görülən bu işdə, bizə dəstəyini əsirgəməyən Səlcuq Bayraqdara təşəkkür edirik.
Qarabağ Azərbaycandır!