Van Dammın azərbaycanlı gəlini kimdir? – FOTO

Van Dammın azərbaycanlı gəlini kimdir? – FOTO
Məhşur kino ulduzu Jan-Klod Van Damm oğlu Kristofer Van Damm azərbaycanlı pianoçu, Prezident təqaüdçüsü, 7 Beynəlxalq Musiqi Müsabiqəsinin laureatı Suada Hacızadə ilə ailə qurub.

 

Sfera.az xəbər verir ki, bu barədə Suada özü sosial şəbəkədə məlumat verib. O, aktyorla nikah mərasimindən foto paylaşıb.

 

Məlumat üçün bildirək ki, Hacızadə Suada Elxan qızı 24 oktyabr 1999-cu il Bakı şəhərində dünyaya gəlib. O, hələ uşaqlıqdan musiqiyə böyük həvəs göstərib. Təxminən 4 yaşından bədii gimnastika ilə məşğul olmağa başlayıb. Musiqiyə marağını nəzərə alan valideynləri Suadanı 3 yaşından Uşaq Filarmoniyasına, Oqtay Zulfüqarovun rəhbərlik etdiyi ansambla yazıdıb.

2014-cü ilin may ayında Mədəniyyət və Turizm Nazirliyi, Uşaq və Tələbə Gənclər Dünyası İctimai Birliyinin təşkilatçılığı və Gənclər Fondunun dəstəyi ilə uşaq və gənclər üçün musiqi festivalı layihəsində Georgiy Şaroyev adına gənc pianoçuların ümümməktəb festivalında uğurlu cıxışına görə I dərəcəli diplomla təltif olunub. Dövlət Filarmoniyasında Dövlət Simfonik Orkestri və Kamera Orkestrlərı ilə konsertlər vermişdir. Rusiya Mədəniyyət Mərkəzinin keçirdiyi coxsaylı tədbirlərlərdə və digər dövlət, ictimai və mədəniyyət tədbirlərinin fəal iştirakçısı olub.


OXŞAR XƏBƏRLƏR

Azərbaycan səhnəyə belə çıxdı - VİDEO

İtaliyanın Turin şəhərində "Avroviziya-2022" mahnı müsabiqəsinin finalı keçirilir. Sfera.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, müsabiqədə Azərbaycanı "...

Roza Zərgərlinin məşhur "polkovnik"lə GÖRÜNTÜLƏRİ YAYILDI - FOTOLAR

Özünü FHN polkovniki kimi təqdim edərək Türkiyədə Marmaris Bələdiyyəsinin sədri Mehmet Oktayla görüşən Rasim Əhmədlinin Bakıda görüntüləri yayılıb. Sfera....

Erməni həmkarını qucaqlayıb təbrik edən Sonadan AÇIQLAMA

Avroviziya Uşaq Mahnı Müsabiqəsi 2021-də Azərbaycanı təmsil edən Sona Əzizova açıqlama yayıb. Sfera.az  xəbər verir ki, yarışmada beşinci olan Sona i...

Yerli məşhurların ağlı başdan alan çimərlik geyimləri - FOTOLAR

İstirahət mövsümü davam edir. Azərbaycanda bir sıra məşhurlar yay tətilini, əsasən, dəniz sahilində, çimərlikdə keçirməyə üstünlük verirlər.   Sfera.az...

Van Dammın azərbaycanlı gəlini kimdir? – FOTO

Məhşur kino ulduzu Jan-Klod Van Damm oğlu Kristofer Van Damm azərbaycanlı pianoçu, Prezident təqaüdçüsü, 7 Beynəlxalq Musiqi Müsabiqəsinin laureatı Suada Hacıza...

Mədəniyyət Nazirliyindən Arif Quliyevin dəfn yeri ilə bağlı AÇIQLAMA

Mədəniyyət Nazirliyi tanınmış teatr və kino aktyoru, Xalq artisti Arif Quliyevin vəfatından kədərləndiyini bildirib, ailəsi və yaxınlarına başsaşlığı verib. ...