Uşaq bağçasında valideynin tərbiyəçini döyməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

Uşaq bağçasında valideynin tərbiyəçini döyməsi ilə bağlı RƏSMİ AÇIQLAMA
Sosial şəbəkələrdə valideynin uşaq bağçasında tərbiyəçini döyməsi ilə bağlı videogörüntülər yayılıb.

Daxili İşlər Nazirliyi də məsələyə münasibət göstərib. Qurumun Mətbuat Xidmətindən Sfera.az-a bildirilib ki, sosial şəbəkələrdə və bəzi saytlarda tərbiyəçi ilə valideyn arasında baş verən insidentlə bağlı yayılan görüntülər yanvarın 16-da Bakının Xətai rayonunda yerləşən 3 saylı uşaq evində qeydə alınıb.

Hadisə ilə bağlı Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsində təhqiqat başlanılıb. İnsidentin iştirakçısı olan uşaq evinin əməkdaşı G.Nağıyeva Polis Şöbəsinə dəvət edilərək onun izahatı alınıb. Qarşı tərəfin də hadisə ilə bağlı izahatı alınandan, eləcə də təyin edilən ekspertizaların nəticəsi məlum olandan sonra hadisəyə hüquqi qiymət veriləcək və valideynlə uşaq evinin əməkdaşı arasında baş verən insidentin səbəbləri məlum olacaq.

OXŞAR XƏBƏRLƏR

Natiq Abbasəliyevin oğlunun ölkədən çıxışı QADAĞAN OLUNDU - VİDEO

Müdafiə Nazirliyinin sabiq şöbə müdiri Natiq Abbasəliyevin oğlu Yunis Abbasəliyevin ölkədən çıxışı məhdudlaşdırılıb. Sfera.az "Kriminalqafqaz”a istinadən ...

Bakıda DƏHŞƏTLİ HADİSƏ: polis nişanlısını öldürdü, özü isə intihar etdi

Bakıda polis nişanlısını öldürüb, özü isə intihar edib. Sfera.az xəbər verir ki, bu barədə "Report"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin böl...

Kriminal ünsürlər Rusiya və Ukraynadan Azərbaycana axın edir? - Gözlənilən TƏHLÜKƏ ilə bağlı AÇIQLAMA

Azərbaycanda kriminal ünsürlərlə mübarizə sərt olduğuna görə, sözügedən şəxslərin, cinayətkar qrupların əksəriyyəti bir zamanlar Rusiya, Ukrayna kimi ölkələr çı...

Zaur Yusifovu öldürən adam tutuldu - RƏSMİ

Bakıda dünya çempionu Zaur Yusifovu qətlə yetirməkdə şübhəli bilinən şəxs tutulub. Sfera.az xəbər verir ki, Bu barədə "Report”a hüquq-mühafizə orqanlarınd...

Dəhşətli QƏTLİN üzə çıxardığı suallar - Polis hansı hallarda evə girə bilər? - Şərh

Xəbər verdiyimiz kimi, ötən gün Bakıda ana və iki övladı münaqişə zəminində öldürülüb. Evdə səs-küylə əlaqədar olaraq, qonşular ərazi yerinə polis əməkdaşları...

Qusarda dəm qazından boğularaq ölən şəxslərdən üçü azyaşlıdır - ADLAR

Qusarda dəm qazından boğularaq ölən şəxslərin adları məlum olub. Sfera.az xəbər verir ki, Baş Prokurorluğun Mətbuat Xidmətindən "Report"un sorğusuna cavab...