Dəhşətli QƏTLİN üzə çıxardığı suallar - Polis hansı hallarda evə girə bilər? - Şərh

Dəhşətli QƏTLİN üzə çıxardığı suallar - Polis hansı hallarda evə girə bilər? - Şərh
Xəbər verdiyimiz kimi, ötən gün Bakıda ana və iki övladı münaqişə zəminində öldürülüb. Evdə səs-küylə əlaqədar olaraq, qonşular ərazi yerinə polis əməkdaşlarını çağırıb. Lakin sakinlərin dediklərinə görə, polis xidmətinin işçiləri bunu ailədaxili məsələ olaraq qiymətləndirərək, sakinlərə prosesə qarışmamalı olduğunu deyib.

Şəxsi mənzildə səs-küy, zorakılıq halı müşahidə edildikdə, polis əməkdaşlarının müdaxiləsi ilə bağlı məsələnin hüquqi tərəfini şərh edən vəkil Elmir Murquzov Sfera.az-a açıqlama verib.

Vəkil bildirib ki, polislər qanunvericiliyə uyğun olaraq, həmin münaqişəyə müdaxilə edə bilər:

"Polis əməkdaşlarının məhkəmə qərarı olmadan yaşayış evinə daxil ola biləcəyi və müdaxilə edə biləcəyi qanunla müəyyən edilmiş qaydada təmin olunur. "Polis haqqında" Azərbaycan Respublikası qanununun 24-cü maddəsi ilə həmin hallar tənzimlənir.

Polis əməkdaşlarının yaşayış yerinə orada yaşayanların iradəsi ziddinə daxil olmasına yalnız hakimin qərarı olduqda və digər şəxslərin hüquq və azadlıqlarının qorunması, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin olunması və yaxud ağır cinayətlərin, bədbəxt hadisələrin, təbii fəlakətlərin, qəzaların, epidemiyaların və epizootiyaların qarşısının alınması və onların nəticələrinin aradan qaldırılması məqsədi ilə təxirəsalınmaz tədbirlər həyata keçirildikdə icazə verilir.

Hakimin qərarı olmadan isə, şəxsiyyət və ya dövlət hakimiyyəti əleyhinə cinayətin törədilməsinə və ya həmin cinayətin törədilməsinə hazırlığın aparılmasına dəlalət edən əşya və ya sənədlərin yaşayış yerində gizlədilməsi, şəxsiyyət və ya dövlət hakimiyyəti əleyhinə cinayəti hazırlayan, törədən, törətmiş, azadlıqdan məhrum etmə və ya həbs yerlərindən, yaxud mühafizə altından qaçmış şəxsin yaşayış yerində gizlənməsi, yaşayış yerində insan meyitinin (meyit hissələrinin) olması, yaşayış yerində insanın həyat və ya səhhəti üçün real təhlükənin olması, cinayət törətmiş şəxsin bilavasitə "isti izlərlə” təqib edilməsi hallarında polis əməkdaşı yaşayış yerinə orada yaşayanların iradəsi ziddinə daxil ola bilər.

Qeyd olunanlardan da göründüyü kimi, yaşayış yerində insanın həyat və ya səhhəti üçün real təhlükənin olması barədə dəqiq məlumat olduqda və yuxarıda qeyd olunan digər hallarda polis əməkdaşları yaşayış yerinə orada yaşayanların iradəsi ziddinə daxil ola bilərlər”.
 
Əzizə Zeynal
 

OXŞAR XƏBƏRLƏR

Natiq Abbasəliyevin oğlunun ölkədən çıxışı QADAĞAN OLUNDU - VİDEO

Müdafiə Nazirliyinin sabiq şöbə müdiri Natiq Abbasəliyevin oğlu Yunis Abbasəliyevin ölkədən çıxışı məhdudlaşdırılıb. Sfera.az "Kriminalqafqaz”a istinadən ...

Bakıda DƏHŞƏTLİ HADİSƏ: polis nişanlısını öldürdü, özü isə intihar etdi

Bakıda polis nişanlısını öldürüb, özü isə intihar edib. Sfera.az xəbər verir ki, bu barədə "Report"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin böl...

Kriminal ünsürlər Rusiya və Ukraynadan Azərbaycana axın edir? - Gözlənilən TƏHLÜKƏ ilə bağlı AÇIQLAMA

Azərbaycanda kriminal ünsürlərlə mübarizə sərt olduğuna görə, sözügedən şəxslərin, cinayətkar qrupların əksəriyyəti bir zamanlar Rusiya, Ukrayna kimi ölkələr çı...

Zaur Yusifovu öldürən adam tutuldu - RƏSMİ

Bakıda dünya çempionu Zaur Yusifovu qətlə yetirməkdə şübhəli bilinən şəxs tutulub. Sfera.az xəbər verir ki, Bu barədə "Report”a hüquq-mühafizə orqanlarınd...

Dəhşətli QƏTLİN üzə çıxardığı suallar - Polis hansı hallarda evə girə bilər? - Şərh

Xəbər verdiyimiz kimi, ötən gün Bakıda ana və iki övladı münaqişə zəminində öldürülüb. Evdə səs-küylə əlaqədar olaraq, qonşular ərazi yerinə polis əməkdaşları...

Qusarda dəm qazından boğularaq ölən şəxslərdən üçü azyaşlıdır - ADLAR

Qusarda dəm qazından boğularaq ölən şəxslərin adları məlum olub. Sfera.az xəbər verir ki, Baş Prokurorluğun Mətbuat Xidmətindən "Report"un sorğusuna cavab...