Ukrayna Rusiyanın Kiyevdəki səfirliyinin baş diplomatına üç gün vaxt verdi

Ukrayna Rusiyanın Kiyevdəki səfirliyinin baş diplomatına üç gün vaxt verdi
Ukrayna Rusiyanın Kiyevdəki səfirliyinin baş diplomatını ölkədən çıxarır.

Sfera.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Rusiyanın Kiyevdəki səfirliyinin baş diplomatı aprelin 19-dan etibarən 72 saat ərzində Ukraynanı tərk etməlidir”, - Ukrayna XİN-nin yaydığı məlumatda qeyd olunur.

Qeyd olunur ki, bu qərar Rusiyanın Ukraynanın Sankt-Peterburqakı konsulunu göndərmək qərarına cavab olaraq qəbul edilib.

Xatırladaq ki, Rusiya hökuməti bu gün Sankt-Peterburqdakı Ukrayna konsulu Aleksandr Sosonyuku ölkədən çıxarmaq barədə qərar qəbul edib.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, Rusiya tərəfi Ukraynanın müvəqqəti işlər vəkili Vasili Pokotiloya müvafiq qərarla bağlı məlumat verib.

Konsul 22 aprelə qədər Rusiya ərazisini tərk etməlidir.

OXŞAR XƏBƏRLƏR

G7 ölkələrindən Rusiyaya xəbərdarlıq: Buna hazırıq!

Rusiyanın Ukrayna sərhədləri yaxınlığında hərbi gücünün davamlı şəkildə artırılması ciddi narahatlıq doğurur. Biz, G7-nin maliyyə nazirləri Ukrayna iqtisadiyyat...

Tanınmış müğənni vəfat edib - FOTO

Türkiyəli müğənni Oğuz Yılmaz vəfat edib. Sfera.az istinadən xəbər verir ki, 53 yaşlı ifaçı infarkt keçirib, onun həyatını xilas etmək mümkün olmayıb. ...

Ukrayna Rusiyanın Kiyevdəki səfirliyinin baş diplomatına üç gün vaxt verdi

Ukrayna Rusiyanın Kiyevdəki səfirliyinin baş diplomatını ölkədən çıxarır. Sfera.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi məlumat yayıb....

Qarabağda daha 3 erməninin meyiti tapıldı

Qarabağda daha 3 erməni hərbçisinin meyiti tapılıb. Sfera.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb. Bildirilib ki, meyitlər Xocavə...

Azərbaycan hökuməti azərbaycanlı tələbələrə görə hərəkətə keçdi - Bakıya gətiriləcəklər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən müvafiq qurumlar tərəfindən Türkiyədə baş vermiş zəlzələ zonasında təhsil alan azərbayca...

Azərbaycanlı iş adamının aldığı Erməni məktəbi binası yenidən tendərə çıxarıldı (FOTO)

Erməni uşaqlarının oxuması üçün bağışlanan və daha sonra polis bölməsi olunan məşhur Sansaryan Xan binası yenidən 35 illiyinə tenderlə icarəyə verilib. ...