Türkiyədə də güclü yanğın baş verdi: 3 ölü, 6 yaralı var - FOTOLAR

Türkiyədə də güclü yanğın baş verdi: 3 ölü, 6 yaralı var - FOTOLAR
Türkiyədə Tuzla Orhanlı sənaye zonasında yerləşən 3 mərtəbəli lak-boya fabrikində güclü yanğın baş verib.
 
Sfera.az bildirir ki, hadisə bu gün saat 14:00 radələrində qeydə alınıb. Fabrikdə baş verən partlayışdan sonra obyekt alovlanmağa başlayıb. Partlayışın səsi Anadolu Yakasının müxtəlif rayonlarından da eşidilib. Hadisə yerinə çoxlu sayda yanğınsöndürən cəlb olunub. Zavodda baş verən partlayış anı vətəndaşın mobil telefon kamerası tərəfindən saniyə-saniyə lentə alınıb.

Tuzla Bələdiyyə Başçısı Şadi Yazıcı bildirib ki, partlayış nəticəsində 3 nəfər işçi həyatını itirib, 6 nəfər isə yaralanıb. 
 
Yanğının 99 faizi nəzarət altına alınıb. Həmçinin zavodun qarşısındakı maşınlara və ətrafdakı obyektlərə böyük ziyan dəydiyi də əlavə edilib.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR