Türkiyədə AZE 99-MB-888 nömrəli “Mercedes” qəza törətdi - FOTOLAR + VİDEO

Türkiyədə AZE 99-MB-888 nömrəli “Mercedes” qəza törətdi - FOTOLAR + VİDEO
Türkiyənin İstanbul şəhərinin Beşiktaş ərazisində  azərbaycanlı iş adamı kimi təqdim edilən şəxs lüks "Mercedes” markalı avtomobillə qəza törədib.
 
Sfera.az xəbər verir ki, hadisə gecə yarısı Balmumcu Mahallesi, Barbaros Bulvarı ərazisində baş verib.

Belə ki, Rəfail Əliyev Azərbaycan dövlət nömrə nişanlı 99-MB-888 lüks avtomobiliylə Zincirlikuyu istiqamətindən Beşiktaş istiqamətinə gedərkən idarəetməni itirərək Oktay Arayın istifadə etdiyi 34-TAB-06 nömrəli taksi ilə toqquşub.

Nəticədə toqquşmanın gücündən havaya uçan taksi əvvəlcə yol kənarındakı baryerlərə, daha sonra dayanmış 34-LJA-221 dövlət nömrə nişanlı avtobusa dəyib. Zərbənin gücündən sürücü pəncərədən taksisinin altına düşüb.

Qəza yerinə xilasedicilər, təcili yardım və polis əməkdaşları cəlb edilib. Taksinin altında qalan Aray yanğınsöndürənlər və ətrafdakı vətəndaşların köməkliyi ilə avtomobilin altından çıxarılıb. Yaralı sürücü təcili yardımla xəstəxanaya aparılıb. Onun vəziyyətinin ağır olduğu deyilir.

Polis qəza ilə bağlı araşdırmalara başlayıb.

 Beşiktaşda qəza törədən Rəfail Əliyevin idarə etdiyi 99-MB-888 avtomobil Əhədov Vadim Mehdiyeviçin adınadır.
 


(qaynarinfo)

OXŞAR XƏBƏRLƏR

Bakıda avtomobil qadını vuraraq öldürdü - FOTOLAR + VİDEO

Bakıda avtomobil qadını vuraraq öldürüb. Sfera.az xəbər verir ki, bunu "Report”a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektor...

Türkiyədə AZE 99-MB-888 nömrəli “Mercedes” qəza törətdi - FOTOLAR + VİDEO

Türkiyənin İstanbul şəhərinin Beşiktaş ərazisində  azərbaycanlı iş adamı kimi təqdim edilən şəxs lüks "Mercedes” markalı avtomobillə qəza törədib.   ...

Azərbaycanlı müğənninin polis qohumunun yas yerindən görüntülər - FOTOLAR/VİDEO

Müğənni İlahə İbadovanın ailəsinə ağır itki üz verib.  Sfera.az xəbər verir ki, sənətçinin dayısı oğlu polis İbrahim Əlizadə dünyasını dəyişib. Bu ha...

Tanınmış uzman-həkim vəfat etdi - FOTO + VİDEO

Azərbaycanda tanınmış həkim, uzman neyrocərrah Azər Əkbərov vəfat edib.    Sfera.az xəbər verir ki, bu haqda azxeber.com-a həkimin yaxınları məlumat...

Bakıda dəhşətli partlayış: ölən var - FOTO + VİDEO

Bakıda ölümlə nəticələnən partlayış baş verib. Sfera.az xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsi, Sakit Qocayev 97 ünvanında yerləşən elektrik malları ma...

Bakıda DƏHŞƏTLİ QƏZA: Minik avtomobili deformasiyaya uğradı - FOTOLAR-VİDEO

Bakının Nizami rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Sfera.az xəbər verir ki, hadisə Qara Qarayev prospektində qeydə alınıb. Belə ki, "Toyota”...