Türkiyə ordusunda Rusiya “S-400”ni “kor edə biləcək” texnika - FOTO

Türkiyə ordusunda Rusiya “S-400”ni “kor edə biləcək” texnika - FOTO

Ordu sıralarına yeni texnika daxil edilib.

Türkiyənin "Aselsan” dövlət korporasiyasının istehsalı olan yeni KORAL (Radar Electronic Attack System)  hava hücumundan müdafiə sistemi Türkiyə Hərbi Hava Qüvvələrinin arsenalına daxil edilib.

Oxu.Az-ın "TRT Haber” telekanalına istinadən verdiyi məlumata görə, tam adı KORAL Mobil Elektronik Hərb Sistemi olan bu texnika raket, təyyarə və radar sistemlərini yararsız vəziyyətə gətirə bilir.

KORAL hərəkətli yerüstü radioelektron mübarizə vasitəsi Türkiyənin arsenalında yeni REM vasitəsidir.

Türkiyəli mütəxəssislər iddia edirlər ki, bu radioelektron mübarizənin belə vasitələri S-400 radar sistemlərinin siqnallarının qarşısını alaraq onları "kor edə bilər”.

Sistem böyük tezlik diapazonunda hədəflərin çoxsaylı siqnallarını təhlil edir və avtomatik olaraq yüksək tezlikli rəqəmsal yaddaşı sayəsində cavab addımlarının alqoritmini formalaşdırır.

Bu yeni sistem düşmənin ətraf şəraitdən məlumatı olmasının mümkünlüyünü azaldır, ona görə də rusları istiqamətdən azdırmağa, hərbi vəziyyət barədə məlumatın gizlədilməsinə və onların Türkiyə ordusu üçün təhlükə yarada biləcək silah sistemlərini kor etmə qabiliyyətinə malikdir.

 


OXŞAR XƏBƏRLƏR

Yuri Qaqarin barədə inanılmaz iddia: II Elizabetin ayağını sığallayıb və...

Britaniyalı jurnalist və yazıçı Endryu Morton rus kosmonavtı Yuri Qaqarin barədə inanılmaz iddia irəli sürüb.   Sfera.az bildirir ki, yazar kosmonavtın İ...

Günün qoroskopu: Bunları etməyin!

Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edirik: Qoç - Günün kursunu səhər...

“Mehriban düşmən”in Vikisindən Azərbaycana ismarış - VİDEO

Bir zamanlar Azərbaycanda "Mehriban düşmən” serialı ilə məşhurlaşan aktrisa yeni videosu ilə diqqət çəkib. "Viki” obrazı ilə tanınan 56 yaşlı Ci...

Parlamentin 8 spikeri – Hansı yüksək pensiya alıb?

Azərbaycanda qanunverici orqana vaxtı ilə rəhbərlik etmiş şəxslər son günlərdə gündəm olublar. Buna səbəb sabiq spiker, MSDM rəhbəri İsa Qəmbərə 180 manat pensi...

Hansı BÜRCÜN kişiləri daha ŞORGÖZDÜR? - Xəyanət etməyə potensial namizədlər

"Xəyanət etməyən kişi yoxdur" fikrini qadınların dilindən tez-tez eşidirik. Lakin bir sıra özəlliklərinə görə kişilərin xəyanətə meyilliklərində də fərqlər var....

Günün qoroskopu: Dostlarla görüş, romantik təmas...

Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edirik:   Qoç - günün ilk...