Türkiyə - İtaliya matçı ilə bağlı gündəm olan tvit, UEFA da biganə qalmadı - FOTO

Türkiyə - İtaliya matçı ilə bağlı gündəm olan tvit, UEFA da biganə qalmadı - FOTO
Futbol üzrə Avropa çempionatının açılış oyununda İtaliya və Türkiyə milli komandaları üz-üzə gəlib. Romadakı "Olimpiko" stadionunda keçirilmiş görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 3:0.

Qarşılaşmanın ilk yarısında hesab açılmayıb. İtaliya millisi 53-cü dəqiqədə hesabda önə keçib. Növbəti hücumların birində Türkiyə yığmasının futbolçusu Merih Demiral topu öz qapısına göndərib. 66-cı dəqiqədə Çiro İmmobile, 79-cu dəqiqədə isə Lorentso İnsinye fərqlənərək, yekun nəticəni müəyyənləşdirib.

Sfera.az xəbər verir ki, maçdan sonra sosial şəbəkələrdə italiyalı gəncin paylaşımı gündəm olub. "Twitter"də @VaneJuice adlı istifadəçi ötən gün saat 13:30-da oyunun hesabı və qolların müəllifi ilə bağlı proqnozunu paylaşıb. 23:00-da start götürən matçda həm hesab, həm də qolların müəllifləri eyni olub.

 

Paylaşım qısa müddətdə sosial şəbəkə istifadəçiləri tərəfindən paylaşılmağa başlayıb. Turnirin rəsmi hesabı sözügedən paylaşımı  "retweet" edərək "əhsən" notu ilə paylaşıb.



Zeynəb



OXŞAR XƏBƏRLƏR

Paralimpiya Oyunları: Azərbaycan atleti 14-cü qızıl medalı qazandı

Tokioda keçirilən Yay Paralimpiya Oyunlarında Azərbaycan daha bir qızıl medal qazanıb. Sfera.az-ın xəbərinə görə, uzunluğa tullanmada Orxan Aslanov (T13 k...

Prezident qələbə qazanan idmançıları təbrik etdi

Prezident İlham Əliyev "Tokio-2020” Yay Paralimpiya Oyunlarında qızıl medallar qazanan Azərbaycan idmançılarını təbrik edib. Sfera.az xəbər verir ki, dövl...

Azərbaycan niyə Olimpiadada qızıl medal qazana bilmədi? - SƏBƏBLƏR

Yaponiyanın paytaxtı Tokioda keçirilən XXXII Yay Olimpiya Oyunları başa çatdı. Bu Olimpiya Oyunları əvvəlkilərdən fərqli olaraq, tam fərqli formada keçdi. Pande...

İdman zallarından istifadə qaydaları AÇIQLANDI

Səhiyyə Nazirliyi idman zallarından istifadə qaydalarını açıqlayıb. Nazirlikdən Sfera.az-a verilən məlumata görə, zala gedən şəxslər koronavirusla ba...

Türkiyə - İtaliya matçı ilə bağlı gündəm olan tvit, UEFA da biganə qalmadı - FOTO

Futbol üzrə Avropa çempionatının açılış oyununda İtaliya və Türkiyə milli komandaları üz-üzə gəlib. Romadakı "Olimpiko" stadionunda keçirilmiş görüş meydan...

Əcnəbilərdən Bakıda bu sənədlər tələb olunacaq

Dövlət Miqrasiya Xidməti futbol üzrə Avropa çempionatının Bakı şəhərində keçiriləcək oyunları ilə əlaqədar Azərbaycana səfər edən əcnəbi və vətəndaşlığı olmayan...