Türkiyə, Finlandiya və İsveç üz-üzə...- Yeni qarşıdurma yaranır?

Türkiyə, Finlandiya və İsveç üz-üzə...- Yeni qarşıdurma yaranır?
Türkiyənin İsveç və Finlandiyanın NATO-ya daxil olmasına etiraz etməsindən sonra ortalıq bir qədər qarışmış kimi görünməkdədir. Ötən gün finlandiyalı millət vəkili açıq şəkildə insanları türk məhsullarını, hətta restoranlarını belə boykot etməyə çağırış edib.
 
Maraqlıdır, tərəflər arasında gərginlik böyüyə bilərmi? Proseslərin sonu nə vəd edir?

Mövzu ilə bağlı Sfera.az-a danışan beynəlxalq məsələlər üzrə siyasi şərhçi Əziz Əlibəyli Türkiyənin iradəsi olmadan heç bir ölkənin NATO-ya daxil ola bilməyəcəyini deyib:

"Türkiyənin tələbləri yerinə yetirilməlidir. Yetirilməsə və Türkiyə veto qoysa, bu dövlətlər NATO-ya qəbul edilə bilməz. NATO nizamnaməsinin 11-ci maddəsində göstərilib ki, ölkələr üzv olduqdan 20 il müddətinə könüllü şəkildə təşkilatı tərk edə bilərlər. Heç bir halda tərk etmə iradə olmadan mümkün deyil. Tarix ərzində Fransanın birlikdən çıxmağı da öz istəyi ilə baş vermişdi. Bu da Fransanın siyasi maraqları ilə NATO-nun maraqlarının üst-üstə düşməməsi ilə əlaqədar idi. Finlandiya və İsveçin timsalında türk şirkətlərinin boykot edilməsi və sanksiyalar ola bilər. Lakin bunun alternativi yoxdur. Rusiya təzyiqi artırdıqca onlar məcbur olacaq ki, PKK təşkilatı ilə bağlı addım atsınlar. Ən azından Türkiyəyə qarşı ABŞ-ın, Qərbin sanksiyaları götürülməlidir. Bütün bunların hamısı baş verməsə, demək ki, NATO daxilində çox ciddi Türkiyə fırtınası var və iki ölkənin təşkilata daxil olması mümkün olmayacaq. Ona görə də ortaq bir qərarın ortaya çıxması üçün tərəflərin güzəştə getməsi lazımdır”. 

Ekspert tərəflər arasında qarşıdurmanın yaranmayacağını sözlərinə əlavə edib. Ə.Əlibəyli Türkiyənin Rusiyada artan rolundan da danışıb:
 
"Problemlər və fikir ayrılıqları ölkələr arasında qarşıdurmaya gətirib çıxarmayacaq. İndiki dilemmatik vəziyyətdə Rusiya Türkiyə İqtisadi Şurasının iclası keçirilir, "Mir” ödəmə kartlarına Türkiyə də qoşulur. Beləliklə, Türkiyənin Rusiyanın daxili bazarındakı payı və gücü artacaq. Türkiyənin iki cəbhə istiqamətində oynaya bilmə imkanları genişlənməkdədir. Ona görə güzəştə gedəcək tərəf NATO üzvləri və üzvlüyə çalışan Finlandiya və İsveçdir”. 

Əzizə Zeynal 
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Rusiyanın YENİ OYUNU: Sərhəddə “Təmas qrupu” yaradılır?

Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə komissiyanın görüşləri baş tutmayıb.   Prezident İlham Əliyevin sözlərinə görə, İrəvan aprelin 29-d...

Türkiyə, Finlandiya və İsveç üz-üzə...- Yeni qarşıdurma yaranır?

Türkiyənin İsveç və Finlandiyanın NATO-ya daxil olmasına etiraz etməsindən sonra ortalıq bir qədər qarışmış kimi görünməkdədir. Ötən gün finlandiyalı millət vək...

“Fərid Hacıyevin bu vəzifəyə təyinatı idarəçiliyə yeni ruh gətirəcək” – AÇIQLAMA

"Fərid Hacıyevin Milli Məclisin Aparat rəhbəri təyin olunması xəbərini məmnunluq hissi ilə qarşıladım. Bu cür önəmli və məsuliyyətli posta gənc bir kadrın təyin...

Baydenin son qərarı Rusiyanı diz çökdürəcək? - "Yayda qanlı döyüşlər gözlənilir..."

ABŞ prezidenti Co Bayden dünən "Ukrayna demokratiyasının müdafiəsi üzrə Lend-Liz Aktı"nı imzalayıb. Beləliklə, İkinci Dünya müharibəsində faşizmə qarşı mübarizə...

Putin “Qırmızı meydan”da nə deyəcək? - AÇIQLAMA

"Ukraynanın işğalı planı Rusiyanın istədiyi kimi getmir, hətta A planını – Kiyevi tutmağı - bacarmayan ruslar B planına - Donbası tamamilə zəbt etməyə də tam na...

Qriqoryanın son bəyanatı nəyə hesablanıb? – AÇIQLAMA

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Bakıdan  Qarabağdakı ermənilərin təhlükəsizliyinə təminat istədiyini açıqlayıb.  Qarabağ mü...