Türkiyə erməni soyqrımını tanıyır? - Ərdoğanın başsağlığı verməsinə MÜNASİBƏT

Türkiyə erməni soyqrımını tanıyır? - Ərdoğanın başsağlığı verməsinə MÜNASİBƏT
"Ərdoğanın 24 aperel müraciəti Türkiyənin erməni soyqrımını tanıması kimi başa düşülməməlidir. Çünki onun ermənilərinin patriarxı Sahak Maşalyana müraciətində nə erməni soyqrımı ifadəsi, nə də belə bir hadisənin Osmanlı türkləri tərəfindən törədildiyi faktı qeyd edilib”. 

Sfera.az xəbər verir ki, Bu sözləri açıqlamasında politoloq Qabil Hüseynli Prezident Rəcəb Tayyib Ərdoğanın 24 aprel münasibəti ilə Türkiyə ermənilərinin patriarxı Sahak Maşalyana ünvanladığı müraciətdə başsağlığı verməsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması baxımından Ərdoğanın 24 aperel müraciəti anlaşılandır:

"24 apreldə Osmanlı imperiyasının tərkibində yaşayan ermənilər öldürülüb, lakin bu soyqırım deyil. Nəzərə almaq lazımdır ki, Osmanlı imperiyası Birinci Dünya müharibəsi gedişində kifayət qədər itki verirdi və eyni zamanda bir neçə fərqli cəbhədə döyüşürdü. Belə bir məqamda onun ermənilərə soyqırım törətməsi nə dərəcədə realdır? Digər tərəfdən, Ərdoğanın indi müraciət unvanladığı  Türkiyə erməni patriarxlığını Osmanlı imperiyası təsis edib. Erməni əsilli 100-dən artıq paşa Osmanlıya xidmət edib. 

Osmanlıda yalnız ermənilər "milleti sadıka”, yəni sadiq millət adlanırdı. Düzdür, erməni və sadiqlik terminlərinin Rinin yanaşı çəkilməsi gülünc səslənsə də, Osmanlı onları belə adlandırırdı. Ermənilərə bu qədər imtiyaz verən bir ölkə sonda onlara qarşı nə üçün soyqırım törətməli idi?”

Q. Hüseynli bildirir ki, ermənilərin 24 aprel hadisələrinə qədərki proseslərdəki roluna da nəzər salmaq vacibdir:

"Tarixi mənbələrə baxdıqda bəlli olur ki, ermənilər Osmanlı imperiyasının süquta uğraması yönündə aktiv fəaliyyət göstəriblər. Bu isə səbəbsiz deyildu. Ermənilər Türkiyənin şərq vilayətlərində "böyük Ermənistan” yaratmaq xülyasına düşmüşdü. Ermənilər məqsədlərinə çatmaq üçün hələ 19-cu əsrin sonlarında kürdlər yaşayan ərazilərdə kürdlərə və türklərə qarşı soyqırımlar törətmişdi. Bu da ermənilər ilə kürdlər arasında tarixi ədavətin başlamasına səbəb oldu. 24 apreldə Osmanlının yaxın şərqə sürgün etdiyi erməniləri yolda məhz kürd tayfaları qətlə yetirib. Bu arxiv sənədlərində  də qeyd olunub”.
Politoloq hesab edir ki, Ərdoğanın Ermənistanla münasibətləri normallaşdırmaq üçün göstərdiyi səylər təqdirəlayiqdir:

"Ərdoğan usta siyasətçidir. Onun 24 aprel çıxışı bunu bir daha sübut edir. Ermənistanla Türkiyə arasında sərhədlərin açılması, münasibətlərin normallaşması bu ölkənin nəzəratdə saxlanılması baxımından olduqca əhəmiyyətlidir. Belə ki, Ermənistanla Türkiyə münasibətlərinin normallaşması gələcəkdə bu ölkəyə türk şirkətlərinin və iş adamlarının axın etməsinə səbəb olacaq. Bu isə Ermənistanın iqtisadi baxımdan Türkiyədən asılı olması deməkdir”.  

Turan Rzayev
 

OXŞAR XƏBƏRLƏR

Prokurorluq Berluskoni ilə bağlı şok faktları açıqladı: "Seks kölələri ilə evində..."

İtaliyanın keçmiş baş naziri Silvio Berluskoninin qalmaqallı məhkəmə işi ilə bağlı prokurorluğun rəyi bəlli olub.   Sfera.az bildirir ki, sabiq nazirin 2...

Buş “şüuraltı”nın qurbanı oldu – Tədbirdə elə bir söz dedi ki…

2003-cü ildə İraqa müdaxilə əsnasında ABŞ Prezidenti olan Corc Buş tədbirlərdən birindəkı çıxışı zamanı etdiyi səhvlə gündəmdədir.    Sfera.az xəbər...

Daha bir ölkə Finlandiya ilə İsveçin NATO üzvü olmağını istəmir - Türkiyəyə dəstək

Türkiyə NATO-nun Finlandiya və İsveçin üzvlük ərizələri ilə bağlı danışıqlara başlamasına mane olub. Sfera.az bildirir ki, bu barədə "Financial Times” xəb...

Rusiya bu şəxsləri də ölkədən çıxarır – İki həftə vaxt verildi…

Rusiya Xarici İşlər Nazirliyi ölkədəki 34 Fransız diplomatik missiyası işçisini ölkədən çıxaracağını və onlara ölkəni tərk etmələri üçün iki həftə vaxt verildiy...

"Müharibə hələ uzun müddət davam edəcək" - SƏBƏBLƏR

"Rusiyanın Ukraynanın Xerson bölgəsi və özəlliklə Mariupol şəhəri ilə bağlı planları göstərir ki, müharibə hələ uzun müddət davam edəcək”.   Sfera.az bil...

“Türkiyə restoranlarından, avtomobillərindən istifadə etməyin” – Deputatdan BOYKOT ÇAĞIRIŞI

NATO-ya üzv olmaq üçün rəsmi müraciət edən Finlandiyada Mərkəz Partiyasının üzvü Mikko Karna insanları Türkiyə Finlandiyanın NATO üzvlüyünü təsdiq edənə qədər t...