“Trendyol”un kuryerləri aksiya keçirir - FOTOLAR

“Trendyol”un kuryerləri aksiya keçirir - FOTOLAR
Türkiyədə "Trendyol” onlayn ticarət platformasının kuryerləri aksiya keçiriblər.
 
Sfera.az bildirir ki, bu gün İstanbulda Maltepe və Yenikapı meydanında eyni saatda baş tutan aksiyanın səbəbi maaş artımları olub. Belə ki, əmək haqlarının cəmi 11 faiz artırıldığını və bunu qəbul etmədiklərini deyən aksiyaçılar platformanın fərqli şöbələrinin qarşısında toplanıblar. "Möhtəşəm endirim günləri” kampaniyasına diqqət çəkən işçilər tələbləri qarşılanana qədər dayanmayacaqlarını bəyan ediblər.
 
Müxtəlif sosial media hesablarından görüntülər paylaşan kuryerlər  "Haqlı olaraq bizim olanı istəyirik”, "Hava şəraiti deyil, "səfalət artımı" əlaqələri qırdı” kimi cümlələrdən istifadə ediblər.
 
Hazırda aksiyada olan və öz avtomobilləri ilə kuryerlik edənlər isə aylıq gəlirlərinin 11 faiz artaraq 9 min lirədən 10 min lirəyə yüksəldiyini, lakin yanacaq, sığorta və baxım kimi xərcləri çıxdıqda onlara qalan məbləğin 4 min lirə civarında olduğunu söyləyiblər. Digər tərəfdən, sosial media istifadəçiləri "Trendyol” üzvlüyündən çıxaraq aksiyaya dəstək veriblər.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR