Trampdan gözlənilməz açıqlama: “Onu barmağında oynadır, kraliça olsaydım…”

Trampdan gözlənilməz açıqlama: “Onu barmağında oynadır, kraliça olsaydım…”
ABŞ-ın keçmiş Prezidenti Donald Tramp şahzadə Harri və Meqan Marklı tənqid edib.
 
Sfera.az xəbər verir ki, Tramp Piers Morqana verdiyi müsahibədə Susseks hersoginyasını bəyənmədiyini bildirib. Meqan Marklın Harrini "barmağında oynatdığını" iddia edən 75 yaşlı Tramp bunun  Susseks  hersoqu üçün utancverici olduğunu söyləyib. 

"Mən bilmək istəyirəm ki, Harri Marklın ona rəhbərlik etməkdən yorulduğuna qərar verdikdə və ya Markl başqa oğlanı daha çox bəyənəndə nə baş verəcək. Maraqla gözləyirəm. Bu münasibət gec-tez pis bir şəkildə bitəcək”, - deyib.

Tramp, həmçinin Harrinin keçən il vəfat edən babası Şahzadə Filipin mart ayında keçirilən anım mərasiminə qatılmamasını "dəhşətli” adlandırıb.
ABŞ-ın keçmiş Prezidenti "Kraliça olsaydınız, cütlüyün kral titulunu alardınız?" sualına "alardım” cavabını verib. Şahzadə Harrinin Böyük Britaniyaya qarşı çox hörmətsizlik etdiyini iddia edən Tramp hersoqu "kukla” adlandırıb.

Əzizə Zeynal 


OXŞAR XƏBƏRLƏR

Çörək yenə bahalaşdı - YENİ QİYMƏT CƏDVƏLİ

Türkiyənin paytaxtı Ankarada çörəyin qiyməti qalxıb.   Sfera.az bildirir ki, Türkiyə Çörəkçilər Federasiyasından verilən açıqlamaya görə, 200 qram çörəyi...

Rusiya 9 Maya belə hazırlaşır - FOTOLAR

Rusiyada mayın 9-u üçün hazırlıqlar gedir. Sfera.az xəbər verir ki, 9 May tarixində qeyd olunacaq "Qələbə günü” öncəsi Rusiya ordusu Qızıl Meydanda hərbi ...

Qum fırtınası 600 nəfəri xəstəxanalıq etdi - FOTO

İraqda qum fırtınası səbəbiylə uçuşlar dayandırılıb, paytaxt Bağdadda 600-dən çox insan nəfəs darlığı şikayəti ilə xəstəxanaya yerləşdirilib.   Sfera.az ...

Qədr gecəsində içki ilə şəkil paylaşanlara qarşı istintaq başladıldı – FOTO

Anadolu Baş Prokurorluğu Qədr gecəsində sosial media hesablarında spirtli içkilərlə şəkil paylaşan Hava Yolları şirkətinin əməkdaşlarına qarşı istintaq başladıb...

10 aylıq qızına narkotik verib öldürməkdə ittiham olunurdu - Məşhur yazıçının oğlu öldü

Ötən həftələrdə ABŞ-dakı evində 10 aylıq qızına narkotik maddə verərək öldürdüyü iddiası ilə həbs edilən yazıçı Pol Austerin oğlu Daniel vəfat edib.   Sf...

Uşaq bağçasına silahlı hücum: ölənlər var

Rusiyada uşaq bağçasına silahlı hücum olub.   Sfera.az bildirir ki, bu barədə "İnterfaks” xəbər agentliyi məlumat yayıb.  Bölgədəki səlahiyyətlilər ...