10 aylıq qızına narkotik verib öldürməkdə ittiham olunurdu - Məşhur yazıçının oğlu öldü

10 aylıq qızına narkotik verib öldürməkdə ittiham olunurdu - Məşhur yazıçının oğlu öldü
Ötən həftələrdə ABŞ-dakı evində 10 aylıq qızına narkotik maddə verərək öldürdüyü iddiası ilə həbs edilən yazıçı Pol Austerin oğlu Daniel vəfat edib.
 
Sfera.az bildirir ki, buna səbəb onun həddindən artıq doza narkotik qəbul etməsi olub. Səlahiyyətlilər bunun təsadüfən baş verdiyini deyib. Onların sözlərinə görə, Daniel bilərəkdən narkotikin çox dozasını qəbul etməyib, bunu edərkən fərqində olmadığı irəli sürülüb.

Xatırladaq ki, 10 aylıq qızı Rubi ilə Nyu-Yorkda mənzildə yaşayan Daniel noyabrın 1-də təcili yardım xidmətinə zəng edərək qızının huşunu itirdiyini və reaksiya vermədiyini bildirib. Azyaşlının qanında həddindən artıq dozada narkotik müəyyən olunub. Balaca körpənin narkotikə necə məruz qaldığı hələ də araşdırılır. Daniel isə aprelin 15-də həbs edilib, qətl və ehtiyatsızlıqda ittiham olunub.

Danielin atası, yazıçı Pol Austerin "The New York Trilogy”, "The Book of Illusions” və "Moon Palace” kitabları bir çox beynəlxalq mükafatlara layiq görülüb. Onun anası, yazıçı və tərcüməçi Lidiya Devis 1978-ci ildə Osterdən boşanıb.

Türkan 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Çörək yenə bahalaşdı - YENİ QİYMƏT CƏDVƏLİ

Türkiyənin paytaxtı Ankarada çörəyin qiyməti qalxıb.   Sfera.az bildirir ki, Türkiyə Çörəkçilər Federasiyasından verilən açıqlamaya görə, 200 qram çörəyi...

Rusiya 9 Maya belə hazırlaşır - FOTOLAR

Rusiyada mayın 9-u üçün hazırlıqlar gedir. Sfera.az xəbər verir ki, 9 May tarixində qeyd olunacaq "Qələbə günü” öncəsi Rusiya ordusu Qızıl Meydanda hərbi ...

Qum fırtınası 600 nəfəri xəstəxanalıq etdi - FOTO

İraqda qum fırtınası səbəbiylə uçuşlar dayandırılıb, paytaxt Bağdadda 600-dən çox insan nəfəs darlığı şikayəti ilə xəstəxanaya yerləşdirilib.   Sfera.az ...

Qədr gecəsində içki ilə şəkil paylaşanlara qarşı istintaq başladıldı – FOTO

Anadolu Baş Prokurorluğu Qədr gecəsində sosial media hesablarında spirtli içkilərlə şəkil paylaşan Hava Yolları şirkətinin əməkdaşlarına qarşı istintaq başladıb...

10 aylıq qızına narkotik verib öldürməkdə ittiham olunurdu - Məşhur yazıçının oğlu öldü

Ötən həftələrdə ABŞ-dakı evində 10 aylıq qızına narkotik maddə verərək öldürdüyü iddiası ilə həbs edilən yazıçı Pol Austerin oğlu Daniel vəfat edib.   Sf...

Uşaq bağçasına silahlı hücum: ölənlər var

Rusiyada uşaq bağçasına silahlı hücum olub.   Sfera.az bildirir ki, bu barədə "İnterfaks” xəbər agentliyi məlumat yayıb.  Bölgədəki səlahiyyətlilər ...