Toyunda çağırılmamış qonağı görən bəy nikah mərasimindən qaçdı

Toyunda çağırılmamış qonağı görən bəy nikah mərasimindən qaçdı
Toyunda çağırılmamış qonağı görən bəy nikah mərasimindən qaçıb. Bu barədə əhvalatı toy sahibinin bacısı "Reddit”də danışıb.

Gözlənilməz qonaq elə bəyin anası olub. Müəllifin sözlərinə görə, valideynləri uzun illər əvvəl boşanıb, sonra isə ayrı-ayrı insanlarla ailə həyatı qurublar.

Uşaqlar ataları ilə qalıblar. Onların anaları ilə hər zaman mürəkkəb münasibətləri olub.

Məsələn, atalarının ikinci həyat yoldaşı qəzada həlak olan zaman qadın bayram edib, analıqlarının ölümünə ağlayan uşaqlarını isə yaramazlıqda ittiham edib. 

Məqalə müəllifinin sözlərinə görə, qardaşının nişanlısı hər zaman anası ilə münasibətləri normallaşdırmağa çağırıb, mütəmadi olaraq bu barədə söhbətlər aparıb.

"Toyu planlaşdırarkən, nəyinsə düz getməyəcəyini düşünmürdük. Sonra biz kilsəyə getdik. Anamız, onun həyat yoldaşı və uşaqlarını orada gördüm. Dərhal qardaşıma zəng edib çağırılmamış qonaqlar barədə xəbər verdim”.

Bəy bu barədə nişanlısından soruşub və anasının onun tərəfindən çağırıldığını eşidəndə isə öz toyundan qaçıb. O, evinə yollanıb, içəri də heç kimi, o cümlədən nişanlısını və onun qohumlarını buraxmayıb. Bəy nişanlısının bu hərəkətindən sonra özünü xəyanətə uğramış hesab etdiyini deyib.

Gəlinin qohumları toy olmayacağı təqdirdə bəyi məhkəməyə verəcəklərini və toya xərclənən pulu tələb edəcəklərini bildiriblər.

Ancaq bəyin qohumları və sosial şəbəkə istifadəçiləri bəyin hərəkətini dəstəkləyiblər. Onlar bildiriblər ki, gənc onun fikrini nəzərə almayan və manipulyasiya etmək istəyən qızdan ayrıldığı üçün bəxti gətirib.

OXŞAR XƏBƏRLƏR

Yuri Qaqarin barədə inanılmaz iddia: II Elizabetin ayağını sığallayıb və...

Britaniyalı jurnalist və yazıçı Endryu Morton rus kosmonavtı Yuri Qaqarin barədə inanılmaz iddia irəli sürüb.   Sfera.az bildirir ki, yazar kosmonavtın İ...

Günün qoroskopu: Bunları etməyin!

Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edirik: Qoç - Günün kursunu səhər...

“Mehriban düşmən”in Vikisindən Azərbaycana ismarış - VİDEO

Bir zamanlar Azərbaycanda "Mehriban düşmən” serialı ilə məşhurlaşan aktrisa yeni videosu ilə diqqət çəkib. "Viki” obrazı ilə tanınan 56 yaşlı Ci...

Parlamentin 8 spikeri – Hansı yüksək pensiya alıb?

Azərbaycanda qanunverici orqana vaxtı ilə rəhbərlik etmiş şəxslər son günlərdə gündəm olublar. Buna səbəb sabiq spiker, MSDM rəhbəri İsa Qəmbərə 180 manat pensi...

Hansı BÜRCÜN kişiləri daha ŞORGÖZDÜR? - Xəyanət etməyə potensial namizədlər

"Xəyanət etməyən kişi yoxdur" fikrini qadınların dilindən tez-tez eşidirik. Lakin bir sıra özəlliklərinə görə kişilərin xəyanətə meyilliklərində də fərqlər var....

Günün qoroskopu: Dostlarla görüş, romantik təmas...

Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edirik:   Qoç - günün ilk...