Bu şəhərin meri naməlum şəraitdə öldü
20:10 / 07.05.2022
1302
Hazırda Rusiya ordusunun işğalı altında olan Ukraynanın Tokmak şəhərinin meri İqor Kotelevski naməlum şəraitdə ölüb.
Sfera.az xəbər verir ki, məlumatı Poloqovskaya Regional Dövlət Administrasiyasının rəhbəri Artur Krupski yayıb.
"Son bir aydır Kotelevskidən heç bir məlumat almaq mümkün olmayıb. Yalnız mayın 7-də onun öldüyü məlum olub. Merin hansı şəraitdə vəfat etdiyi hələlik məlum deyil”.
Xatırladaq ki, Rusiya hərbçiləri fevralın sonunda Tokmaka daxil olub.