Tezliklə evlənmək istəyən tərəf müqabilini bu bürclərdən seçsin! - SİYAHI

Tezliklə evlənmək istəyən tərəf müqabilini bu bürclərdən seçsin! - SİYAHI
Bəzi bürclər bağlılığa, bəziləri isə azadlığa düşkün olur. Vəziyyət belə olan halda, kimisi evliliyi kabus, kimisi isə nağıl kimi görür. Bəs hansı bürclər evlənməyi istəyir, hansılar bu məsuliyyətdən qaçır?
 
Sfera.az həmin bürclərlə bağlı maraqlı məlumatı təqdim edir:

EVLİLİYƏ MEYİLLİ OLAN BÜRCLƏR

Xərçəng bürcü – Evliliyə ən həvəsli bürcdür, ailə həyatına düşkündür. Xəyallarında həmişə yuva qurmaq var. Üstəlik həm qadın, həm də kişi üçün bu keçərlidir. Münasibətini pozacaq qədər ciddi səbəb olmadığı müddətcə sevdiyindən ayrılmaq istəməz.

Buğa bürcü – Evinə düşkündür. Ancaq evlənəcəyi şəxs mövzusunda olduqca seçicidir. Həyat yoldaşı namizədinin görüntüsünə, maddiyatına və sədaqətinə əhəmiyyət verir. Asan güvənmir, amma güvəndiyi zaman da sarsılmır. Buğa bürcü lüksü sevdiyi üçün tək bir toyla kifayətlənməyə bilər.

Balıq bürcü – Ən duyğusal bürclərdən olan balıqlar tərəf müqabili ilə sonsuza qədər birlikdə olmaq istəyər. Maddiyatı və ya digər məsələləri problem etməz. Bütün varlığını münasibətinə həsr edə bilir. Bu bürclər uşaq sahibi olmağı da çox arzulayır. Uşaqlar onlar üçün yaşam səbəbidir.

EVLİLİKDƏN QAÇAN BÜRCLƏR

Qoç bürcü – Adətən hərəkətli və əyləncəli həyatlarında heç zaman evliliyə hazır olmayacaqlarını düşünürlər. Ətrafındakı insanlar üçün də dərin düşüncələrə sahibdirlər və reallaşdırmaq istədikləri bir çox xəyalları, planları var. Evlilik isə onlara görə, çox zaman bu xəyallar yolunda maneədir. Düşünürlər ki, evlənsələr, diqqətləri yayına bilər.

Əkizlər bürcü – Çox sosial bürclərdir. Kimləsə münasibətdə olan zaman onlar üçün əylənmək, maraqlı vaxt keçirmək vacibdir. Lakin işlər ciddiləşəndə böyük basqı hiss edirlər. Ümumiyyətlə, işləri çətinləşən zaman uzaqlaşmaq istəyirlər, amma onların fikrinə görə, evlənsələr, bu, problem yaradacaq. Bu səbəbdən mükəmməl bir münasibətə sahib olsalar da, evlilik qərarı verməkləri çətindir.

Dolça bürcü – Hər şeylə maraqlanan və ünsiyyətcil olurlar. İnsanlarla əlaqədə olmaqdan və onlarla yaxınlaşmaqdan xoşları gəlir. Lakin evlilik buna daxil deyil. Hər zaman analitik düşünürlər və böyük sevgi yaşasalar belə, məntiq araya girir. Bu da evliliyə gedən yolda onlara problem yaradır.

Oxatan bürcü – çox azaddırlar. Təkcə birinə deyil, hər hansı bir şeyə bağlanmağı sevmirlər. Evliliyi istədiklərini etməyə və xəyallarını reallaşdırmağa mane olan amil kimi görürlər. Bir müddət olduğu yerə bağlı kimi görünsələr də, bu, uzun müddət davam etmir. Ona görə də, evlilik fikri onlara çox uzaqdır.

Qız bürcü – Azadlıqlarına və öz qaydalarına düşkündürlər. Normalda rahat olsalar da, zaman-zaman insanları yönləndirmək istəyirlər. Evlilik düşünmək onlar üçün çətindir.

Türkan
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Yuri Qaqarin barədə inanılmaz iddia: II Elizabetin ayağını sığallayıb və...

Britaniyalı jurnalist və yazıçı Endryu Morton rus kosmonavtı Yuri Qaqarin barədə inanılmaz iddia irəli sürüb.   Sfera.az bildirir ki, yazar kosmonavtın İ...

Günün qoroskopu: Bunları etməyin!

Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edirik: Qoç - Günün kursunu səhər...

“Mehriban düşmən”in Vikisindən Azərbaycana ismarış - VİDEO

Bir zamanlar Azərbaycanda "Mehriban düşmən” serialı ilə məşhurlaşan aktrisa yeni videosu ilə diqqət çəkib. "Viki” obrazı ilə tanınan 56 yaşlı Ci...

Parlamentin 8 spikeri – Hansı yüksək pensiya alıb?

Azərbaycanda qanunverici orqana vaxtı ilə rəhbərlik etmiş şəxslər son günlərdə gündəm olublar. Buna səbəb sabiq spiker, MSDM rəhbəri İsa Qəmbərə 180 manat pensi...

Hansı BÜRCÜN kişiləri daha ŞORGÖZDÜR? - Xəyanət etməyə potensial namizədlər

"Xəyanət etməyən kişi yoxdur" fikrini qadınların dilindən tez-tez eşidirik. Lakin bir sıra özəlliklərinə görə kişilərin xəyanətə meyilliklərində də fərqlər var....

Günün qoroskopu: Dostlarla görüş, romantik təmas...

Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edirik:   Qoç - günün ilk...