Televiziyalar HD yayıma keçib - Kanallara baxa bilməyənlər nə etməlidir? - VİDEO
00:12 / 31.01.2022
2376
İki gündür Azərbaycanın bütün televiziya kanalları HD formatda yayıma keçib. Amma bəzi vətəndaşlar hələ də Azərbaycan kanallarına baxa bilmədiklərini deyirlər.
Sfera.az xəbər verir ki, kanalları HD formata keçirmək üçün ardıcılıqla sistem qurulmalıdır.
HD yayım tamaşaçıya daha dəqiq və aydın görüntü izləmək imkanı verir.
Qeyd edək ki, HD formatı yerli televiziya kanallarının yayımında təsvir keyfiyyətinin daha üstün səviyyəyə gətirilməsi məqsədilə həyata keçirilir.