Təhsil Nazirliyində yeni idarələr yaradıldı - SİYAHI

Təhsil Nazirliyində yeni idarələr yaradıldı - SİYAHI
Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunun təsdiq edilməsi haqqında” 2010-cu il 27 dekabr tarixli 1251 nömrəli və "Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” 2014-cü il 24 iyul tarixli 664 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.

Sfera.az  xəbər verir ki, Sərəncama əsasən, 1. "Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 27 dekabr tarixli 1251 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 12, maddə 1090) 1-ci hissəsi ləğv edilsin.

2. "Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 24 iyul tarixli 664 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 7, maddə 891) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 1-ci hissə aşağıdakı redaksiyada verilsin:

"1. Azərbaycan Respublikası Təhsil Nazirliyinin aşağıdakı regional idarələri yaradılsın:

1.1. Sumqayıt şəhər, Abşeron, Xızı rayon təhsil şöbələrinin əsasında Abşeron – Xızı Regional Təhsil İdarəsi;

1.2. Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayon təhsil şöbələrinin əsasında Dağlıq Şirvan Regional Təhsil İdarəsi;

1.3. Gəncə və Naftalan şəhərləri, Daşkəsən, Goranboy, Göygöl və Samux rayon təhsil şöbələrinin əsasında Gəncə – Daşkəsən Regional Təhsil İdarəsi;

1.4. Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayon təhsil şöbələrinin əsasında Qarabağ Regional Təhsil İdarəsi;

1.5. Ağstafa, Gədəbəy, Qazax, Şəmkir və Tovuz rayon təhsil şöbələrinin əsasında Qazax – Tovuz Regional Təhsil İdarəsi;

1.6. Xaçmaz, Quba, Qusar, Siyəzən və Şabran rayon təhsil şöbələrinin əsasında Quba – Xaçmaz Regional Təhsil İdarəsi;

1.7. Astara, Cəlilabad, Lerik, Lənkəran, Masallı və Yardımlı rayon təhsil şöbələrinin əsasında Lənkəran – Astara Regional Təhsil İdarəsi;

1.8. Mingəçevir şəhəri, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax və Zərdab rayon təhsil şöbələrinin əsasında Mərkəzi Aran Regional Təhsil İdarəsi;

1.9. Beyləqan, İmişli, Saatlı və Sabirabad rayon təhsil şöbələrinin əsasında Mil – Muğan Regional Təhsil İdarəsi;

1.10. Balakən, Qax, Qəbələ, Oğuz, Şəki və Zaqatala rayon təhsil şöbələrinin əsasında Şəki – Zaqatala Regional Təhsil İdarəsi;

1.11. Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayon təhsil şöbələrinin əsasında Şərqi Zəngəzur Regional Təhsil İdarəsi;

1.12. Şirvan şəhəri, Biləsuvar, Hacıqabul, Neftçala və Salyan rayon təhsil şöbələrinin əsasında Şirvan – Salyan Regional Təhsil İdarəsi.”;

2.2. 6-cı hissə ləğv edilsin;

2.3. həmin Sərəncamla təsdiq edilmiş "Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturu”nun 2.1-ci və 2.2-ci bəndləri müvafiq olaraq 2.2-ci və 2.3-cü bəndlər hesab olunsun və aşağıdakı məzmunda 2.1-ci bənd əlavə edilsin:

"2.1. Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi;”.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. Azərbaycan Respublikası Təhsil Nazirliyinin (bundan sonra – Nazirlik) Aparatının, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin və regional təhsil idarələrinin işçilərinin say həddini bir ay müddətində təsdiq etsin;

3.2. Nazirliyin müvafiq təhsil şöbələrinin balansındakı və yerli icra hakimiyyəti orqanlarının tabeliyində olan məktəbəqədər təhsil müəssisələrinə (uşaq evləri istisna olmaqla) aid dövlət əmlakının Nazirliyin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin və müvafiq regional təhsil idarələrinin balansına verilməsini bir ay müddətində təmin etsin;

3.3. Nazirliyin regional təhsil idarələrinin yaradılması ilə əlaqədar onların maddi-texniki təminatı məsələlərinin həlli üçün iki ay müddətində tədbirlər görsün;

3.4. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

OXŞAR XƏBƏRLƏR

Tələbə qəbulu qaydalarında dəyişiklik edildi - RƏSMİ

Nazirlər Kabineti "Azərbaycanın ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda dəyişiklik edib. Sfera.az xəbər verir ki, bu barədə müvafiq sənədi B...

MİQ imtahanlarına buraxılmayanlarla bağlı yeni QƏRAR verilə bilər? - Ekspert AÇIQLADI

Son günlər bakalavr ixtisası fərqli, magistr təhsili müəllimlik olanların MİQ-də iştirak edə bilməməsi müzakirə obyektinə çevrilib. Bu baxımdan "Baza təhsili ol...

“Adam 4-5 il ərzində təhsil aldığı ölkənin dilini bilmirsə...” – Diplomlar niyə tanınmır?

Xaricdə təhsil alan bəzi şəxslərin diplomlarının tanınmaması sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub. Diplomların tanınmamasına əsas kimi sərhəd keçmən...

Azərbaycanda ali məktəblərdə qış tətilinin müddəti 10 gün uzadıla bilər

"Omikron” infeksiyasının geniş yayılmasının qarşısının alınması dünyada sərt lokdaunla deyil, lokal qapanmalarla daha effektiv hesab edilir. Azərbaycanda belə l...

“Magistraturaya hazırlaşan bakalavrlara ikinci şans verilməlidir...” – Kamran Əsədov

Magistraturaya qəbul imtahanının ikinci dəfə keçirilməsi ilə bağlı konkret qərar yoxdur. Bəzi şəxslər ötən il sərt karantin zərurəti ilə ikinci imtahan...

Azərbaycanda məktəblər bağlana bilər? - RƏSMİ AÇIQLAMA

Hal-hazırda 9 məktəb və 299 sinif distant təhsilə keçib Sfera.az xəbər verir ki,  bunu Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Elnur...