Azərbaycanda ali məktəblərdə qış tətilinin müddəti 10 gün uzadıla bilər

Azərbaycanda ali məktəblərdə qış tətilinin müddəti 10 gün uzadıla bilər
"Omikron” infeksiyasının geniş yayılmasının qarşısının alınması dünyada sərt lokdaunla deyil, lokal qapanmalarla daha effektiv hesab edilir. Azərbaycanda belə lokal qapanmaları ayrı-ayrı orta məktəblərdə,  siniflərdə və uşaq bağçalarında görürük”.
 
Sfera.az bildirir ki, bunu Milli Məclisin deputatı Musa Urud deyib. O, ali məktəblərdə qış tətilinin fevralın 15-də bitdiyini xatırladıb və qeyd edib ki,  yeni təhsil sessiyasının başlanması "Omikron” ştamı epidemiyasının pik dövrünə təsadüf etdiyindən gələn həftələr içərisində yeni alovlanma ilə qarşılaşma təhlükəsi var:

"Bir qrupda, fakültədə, kursda onlarla tələbənin və müəllimin yoluxma ehtimalı olduqca yüksəkdir. Hər yoluxan şəxsin və onunla yaxın təmasda olanların azı 1 həftəlik izolyasiyası əyani təhsil prosesinin bir çox universitet və kolleclərdə pozulmasına səbəb olacaq. Üstəlik infeksiya auditoriyalardan evlərə daşınacaq. Bunun dərman, müalicə xərclərini, bərpa dövründə tələbənin təhsilalma keyfiyyətinin də aşağı düşəcəyi ehtimalları nəzərə alanda qarşılaşacağımız çətinliyin miqyasının daha da böyüyə biləcəyini söyləmək mümkündür”.

Deputat təklif edib ki, təhsil müəssisələrində qış tətilinin müddəti 7-10 gün uzadılsın:

"Yaxud yaz sessiyasının dərsləri  fevral ayının sonuna kimi yalnız onlayn qaydada  keçirilsin. Lazımi lokal qapanma, vaksinasiya və qorunma tədbirlərini həyata keçirməklə yaxın 10- 15 gündə "Omikron”un yoluxma intensivliyinin enişini müşahidə edə biləcəyik”.

Günay Rəsulqızı
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Tələbə qəbulu qaydalarında dəyişiklik edildi - RƏSMİ

Nazirlər Kabineti "Azərbaycanın ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda dəyişiklik edib. Sfera.az xəbər verir ki, bu barədə müvafiq sənədi B...

MİQ imtahanlarına buraxılmayanlarla bağlı yeni QƏRAR verilə bilər? - Ekspert AÇIQLADI

Son günlər bakalavr ixtisası fərqli, magistr təhsili müəllimlik olanların MİQ-də iştirak edə bilməməsi müzakirə obyektinə çevrilib. Bu baxımdan "Baza təhsili ol...

“Adam 4-5 il ərzində təhsil aldığı ölkənin dilini bilmirsə...” – Diplomlar niyə tanınmır?

Xaricdə təhsil alan bəzi şəxslərin diplomlarının tanınmaması sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub. Diplomların tanınmamasına əsas kimi sərhəd keçmən...

Azərbaycanda ali məktəblərdə qış tətilinin müddəti 10 gün uzadıla bilər

"Omikron” infeksiyasının geniş yayılmasının qarşısının alınması dünyada sərt lokdaunla deyil, lokal qapanmalarla daha effektiv hesab edilir. Azərbaycanda belə l...

“Magistraturaya hazırlaşan bakalavrlara ikinci şans verilməlidir...” – Kamran Əsədov

Magistraturaya qəbul imtahanının ikinci dəfə keçirilməsi ilə bağlı konkret qərar yoxdur. Bəzi şəxslər ötən il sərt karantin zərurəti ilə ikinci imtahan...

Azərbaycanda məktəblər bağlana bilər? - RƏSMİ AÇIQLAMA

Hal-hazırda 9 məktəb və 299 sinif distant təhsilə keçib Sfera.az xəbər verir ki,  bunu Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Elnur...