Tağı Əhmədovun 2 milyonunu mənimsəyən şəxsin cəzası bəlli oldu

Tağı Əhmədovun 2 milyonunu mənimsəyən şəxsin cəzası bəlli oldu
"Bakı Metropoliteni"nin sabiq rəisi Tağı Əhmədovun 2 milyon manatını mənimsəməkdə ittiham olunan iş adamı Səadət Xəlilovun məhkəməsi yekunlaşıb.

Sfera.az  xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Xəlilov 9 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmənin gedişində məlum olub ki, "Bakı Metropoliteni"nin keçmiş rəisi T.Əhmədov yaxın dostu Soltan Əliyev vasitəsilə Səadət Xəlilov və onun tanışlarına 2 milyon manata yaxın sələm verib. Belə ki, onlar mərmər biznesində böyük qazanc olduğunu deyərək Əhmədovu bu işə pul yatırmağa inandırıblar. Sabiq rəis pulların bir qisimini vaxtilə rəhbəri olduğu YAP-ın Yasamal rayon təşkilatının binasında onlara verib. Biznes uğurlu alınmadığından Səadətgil sələmi qaytara bilməyiblər. Nəticədə tərəflər arasında mübahisə yaranıb və dələduzluq ittihamı ilə S.Xəlilova qarşı cinayət işi başlanılıb.

Qeyd edək ki, məhkəmə araşdırması zamanı digər iki təqsirli bilinən şəxs Qulu Muxtarov və Sahil Abuşov qaçaraq istintaqdan gizləniblər. Hazırda onlar axtarışdadır. İş üzrə zərərçəkmiş kimi Tağı Əhmədovun dostu Soltan Əliyev AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktor müavini, eyni zamanda professordur.

 (qafqazinfo)

OXŞAR XƏBƏRLƏR

Lənkəranda taksiyə müştəri qismində əyləşib evinə sürdürdü: Öldürüb, həyətində basdırdı - TƏFƏRRÜAT

Lənkəranda qətl törətməkdə təqsirləndirilən Elvin Hüseynzadəyə hökm oxunub və o, 19 il müddətinə azadlıqdan məhrum edilib.   Bu barədə "Report”a zər...

Şamili öldürüb 24 gün sonra tutulan şəxs dostu imiş... - Bakıdakı QƏTLİN TƏFƏRRÜATI

Bakıda 24 gün əvvəl törədilən qətllə bağlı bəzi məqamlar üzə çıxıb. Sfera.az xəbər verir ki, söhbət bu ilin aprel ayının 23-də paytaxtın Nərimanov rayonu ər...

“Eldar Mahmudovun adından böyük məbləğlərdə pullar tələb edirdi” – MTN işində şok ifadələr

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Y...

Əməliyyat keçirildi - 202 nəfər saxlanıldı

Daxili İşlər Nazirliyi (DİN) mayın 13-də qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb. DİN-in mətbuat xidmətindən Sfera.az-...

Sumqayıtda kirayədə qalan qadın niyə öldürülüb? - QONŞULAR DANIŞDI - VİDEO

Ötən gün Sumqayıtda gənc qadın tanışı tərəfindən boğularaq qətlə yetirilib.   Sfera.az xəbər verir ki, bu barədə Xəzər TV sujet hazırlayıb. İlkin araş...

Vilyam Hacıyevin məhkəməsində ŞOK İFADƏ: “Rüşvət yox, rüsum ödəmişəm”

Artıq uzun zamandır ki, İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam edir. Sfera.az-ın xəbərinə gö...