Şuşada Birinci Beynəlxalq Kulinariya Festivalından möhtəşəm GÖRÜNTÜLƏR - FOTOLAR / VİDEO

Şuşada Birinci Beynəlxalq Kulinariya Festivalından möhtəşəm GÖRÜNTÜLƏR - FOTOLAR / VİDEO
Azərbaycanın mədəniyyət paytaxtı Şuşada daha bir möhtəşəm tədbir keçirilir. On bir ölkənin nümayəndələrinin və Azərbaycanın on bir iqtisadi regionun mətbəx nümunələrinin nümayiş olunduğu Şuşa Birinci Beynəlxalq Kulinariya Festivalı uğurla davam edir.

Sfera.az xəbər verir ki, Heydər Əliyev Fondu və Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Azərbaycanın mədəniyyət paytaxtı Şuşada müxtəlif ölkələrin kulinarları bir araya gəlib.

Mayın 8-dək davam edəcək Beynəlxalq Kulinariya Festivalında Azərbaycanla yanaşı,Türkiyə, Almaniya, Avstriya, Çin, Fransa, Gürcüstan, İran, İsrail, İtaliya, Malayziya və Yaponiyadan kulinarlar qonaqları ölkələrinin təamları ilə tanış edir. Tədbirdə Belçika, Çexiya, Fransa, İtaliya, İsrail, Kanada, Koreya Respublikası, Qazaxıstan, Özbəkistan, Rusiya, Türkiyə və digər ölkələrdən qida sahəsi üzrə beynəlxalq ekspertlər, qida üzrə bloqerlər də təmsil olunur.

Qonaqlar peşəkar aşpazların ustad dərslərində də iştirak edib yemək hazırlamağın incəliklərini öyrənə biləcəklər.
Kulinariya festivalına Azərbaycanın müxtəlif iqtisadi rayonları – Abşeron-Xızı, Bakı, Dağlıq Şirvan, Gəncə-Daşkəsən, Lənkəran-Astara, Mərkəzi Aran, Naxçıvan, Qarabağ, Quba-Xaçmaz, Şəki-Zaqatala və digərləri qatılıb. Festivalda dequstasiya üçün şərablar, pendirlər və digər məhsulların təklif olunduğu zonalar da fəaliyyət göstərir.

Festival zamanı Şuşada təkcə dünya xalqlarının təamları deyil, həmçinin müxtəlif ölkələrin maddi və mənəvi dəyərləri təqdim edilir. Bu konsepsiyaya əsasən, festivalda quraşdırılan pavilyonlar da fərqli formatdadır. Hər pavilyon qonaqları ayrı-ayrı ölkələrə xas memarlıq quruluşu, milli musiqi ilə salamlayacaq, tanınmış əsərlərdən parçalar səhnələşdiriləcək. Festival günlərində qonaqlara ümumilikdə 100-dən çox incəsənət ustasının iştirakı ilə bədii proqram təqdim ediləcək. İstirahət və əyləncə zonasındakı pavilyonlarda tamaşalar, konsert və sərgilər təşkil olunacaq.

Festival çərçivəsində Azərbaycanın milli sənətkarlıq nümunələri də sərgilənir. Tədbir günlərində "Azərxalça” ASC-nın yaradıcı heyəti xalçaçılıq ənənələrinə dair müxtəlif interaktiv təqdimatlar edəcək. Burada xalçanın ərsəyə gəlməsi prosesi canlandırılır və interaktiv teatr tamaşasında xalçanın yaradılmasının hər mərhələsi səhnələşdirilir. Qonaqlara yunun qırxılması və təmizlənməsi, ipin hazırlanması və təbii boyalarla rənglənməsi, dəzgahın hazırlanması, ərişin çəkilməsi, xovlu və xovsuz xalçaların toxunması, xalçanın kəsilməsi, cehiz yığma səhnəsi nümayiş olunur.

Festivalda Heydər Əliyev Fondunun kulinariyaya dair nəşrləri də təqdim olunur.

Festival çərçivəsində Şuşada 30-dan çox Azərbaycan rəssam və heykəltaraşının iştirakı ilə "Şuşa. Bahar əfsanəsi” adlı plener keçirilir. 

OXŞAR XƏBƏRLƏR

Şuşada Birinci Beynəlxalq Kulinariya Festivalından möhtəşəm GÖRÜNTÜLƏR - FOTOLAR / VİDEO

Azərbaycanın mədəniyyət paytaxtı Şuşada daha bir möhtəşəm tədbir keçirilir. On bir ölkənin nümayəndələrinin və Azərbaycanın on bir iqtisadi regionun mətbəx nümu...

Güclü külək Bakıda fəsad TÖRƏTDİ - Dayanacaq AŞDI - FOTO

Bakıda güclü külək dayanacağı aşırıb. Sfera.az xəbər verir ki, hadisə Suraxanı rayonu, Hövsan qəsəbəsində qeydə alınıb. Belə ki, avtobus dayana...

Özünü binadan atan məktəbli qız ilə bağlı ağlasığmaz İDDİALAR - FOTO

Özünü binadan ataraq həyatına son qoyan 2005-ci il təvəllüdlü Xumar Babayevanı bu addıma vadar edən səbəblərlə bağlı bir sıra iddialar səsləndirilir. &...

Gəncə terrorunda hər iki valideynini itirən Sevil nişanlandı - FOTO

Gəncə terrorunda valideynlərini itirən Sevil Əliyevanın nişan mərasimi keçirilib. Sfera.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Sevil ...

Ukraynada əsir düşən azərbaycanlı tələbə vətənə qayıtdı - FOTO

Ukraynada Rusiya hərbçilərinin girovluğundan azad olunan azərbaycanlı tələbə Hüseyn Abdullayev vətənə qayıdıb. Sfera.az-ın xəbərinə görə, tələbənin atası Am...

Ziya Məmmədovun nəvəsi üçün xüsusi maşın yığıldı - FOTO/VİDEO

Sabiq nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov oğlu Ziya üçün xüsusi maşın yığdırıb. Sfera.az xəbər verir ki, bunu əks etdirən görüntüləri tanı...