Sürücüsüz avtobuslar istifadəyə verilir - FOTO

Sürücüsüz avtobuslar istifadəyə verilir - FOTO
Çinin texnologiya nəhəngi "Baidu” sürücüsüz avtobusların seriya istehsalına başlayıb.

Sfera.az xəbər verir ki, "Apolong” adı verilən avtobuslar ilk əvvəl Çin şəhərlərində istifadəyə veriləcək, daha sonra xarici ölkələrə ixracı nəzərdən keçiriləcək. "Baidu” "səəviyyə-4 avtonom avtobusları”nı istehsal edən azsaylı şirkətlərdən biridir. Bu cür avtobuslarda son dərəcə irəli texnologiyalı sürücülük sistemi mövcuddur.

"2018-ci il avtonom maşın sürücülüyünün ticarət əhəmiyyəti qazandığı ilk ildir. Keçmişdə Çin dünyaya ucuz mallar ixrac etdi. Gələcəkdə isə Çin dünyaya süni intellekt texnologiyası ixrac edəcək” – "Baidu” direktoru Robin Li belə deyib.  

"Apolong” avtobusları 14 sərnişin yerinə malikdir. Avtobusda sürücü oturacağı, sükan və pedallar yoxdur. Elektrik enerjisi ilə işləyir və iki saat ərzində şarj edildikdən sonra 100 km yol gedə bilir. Avtobus saatda 70 km sürət yığa bilir.

Avtobusun ilk olaraq Çinin Pekin Şenzen, Vuhan şəhərlərində istifadəsi nəzərdə tutulur. Yaponiya ilə bağlanan razılıq çərçivəsində avtobusun Tokioda da istifadəyə verilə biləcəyi deyilir.
 
Rəsul
Sfera.az

 



OXŞAR XƏBƏRLƏR

İlin ilk Ay tutulması başa çatdı - VİDEO

İlin ilk Ay tutulması hadisəsi başa çatıb. Sfera.az xəbər verir ki, bu, tam Ay tutulması olub. Təbii hadisə saat 07:29-da başlayıb, saat 8:53-də son...

NASA kosmosa çılpaq insan şəkilləri göndərəcək - FOTO

Amerika Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsində (NASA) çalışan elm adamları yadplanetliləri cəlb etmək ümidi ilə kosmosa çılpaq insan şəkli göndərməy...

Sürücüsüz taksilər fəaliyyətə başlayır – FOTO

Çində sürücüsüz taksilərə icazə verilib.     Sfera.az xəbər verir ki, texnologiya şirkəti "Baidu Inc” və "Toyota” tərəfindən dəstəklənən "Pony.ai”...

“WhatsApp”a istifadəçiləri əyləndirəcək yenilik gəldi - FOTOLAR

"WhatsApp”ın "iOS” versiyasında olan yeni emojilər artıq "Android”lərdə də istifadə oluna biləcək. Sfera.az xəbər verir ki, bu barədə "Haber Global” xəbər...

Türkiyə milli avtomobilini ABŞ-da nümayiş etdirdi - FOTOLAR

Türkiyənin milli avtomobili olan TOGG dünyanın ən böyük istehlak elektronikası ticarət sərgisi - "CES 2022”də nümayiş etdirilib.   Sfera.az xəbər verir k...

Çin Dünyanın ilk iki oturacaqlı döyüş təyyarəsini hazırlayır - FOTO

Çin daha bir ilkə imza atıb.   Sfera.az bildirir ki, sözügedən ölkə dünyanın ilk iki oturacaqlı 5-ci nəsil döyüş təyyarəsini hazırlayıb. "The Military Wa...