NASA kosmosa çılpaq insan şəkilləri göndərəcək - FOTO

NASA kosmosa çılpaq insan şəkilləri göndərəcək - FOTO
Amerika Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsində (NASA) çalışan elm adamları yadplanetliləri cəlb etmək ümidi ilə kosmosa çılpaq insan şəkli göndərməyi planlaşdırır. 
 
Sfera.az bildirir ki, ABŞ mətbuatında yer alan xəbərə görə, NASA alimləri "Mark in the Galaxy” adlı layihə çərçivəsində nəşr olunan araşdırmada çılpaq insanların şəkillərinin kosmosa göndərilməsi fikrini ortaya atıblar. 

Bu şəkilləri tapdıqları təqdirdə ağıllı bir yadplanetli irqinə çağırış da göndərilən məlumatlar arasında olacaq. 

Şəkildəki kişi və qadınlar daha cəlbedici görünmək üçün əl yelləyərkən təsvir edilib. 

Layihənin əsas məqsədi kosmosun dərinliklərində olma ehtimalı olan yadplanetlilərə mesaj verməkdir. Alimlər düşünürlər ki, çılpaq kişi və qadınların əllərini yelləyən şəkilləri insanlara yadplanetlilərlə ünsiyyət qurmağa kömək edə bilər. 

İnci
Sfera.az


OXŞAR XƏBƏRLƏR