Suriya avtomobil istehsalını bərpa etdi – Foto

Suriya avtomobil istehsalını bərpa etdi – Foto
Suriyada gedən savaş bir neçə gün öncə sülh danışıqları nəticəsində müvəqqəti dayanıb.
 
Sfera.az xəbər verir ki, atəşkəsin ilk uğuru artıq bütün suriyalıları sevindirir. Suriya-İran şirkəti olan "Siamco” dayandırdığı avtomobil istehsalını yenidən bərpa edərək, "Peugeot 207” və "Shahba” avtomobillərinin istehsalına başayıb. 
 
 Zavodun, avtomobillərini Çin və İran şirkətləri ilə əməkdaşlıq edərək istehsal etdiyi qeyd edilir.   Zavod rəsmisi Əl-Abid "Siamco” şirkətinin "Sham” avtomoobilini modernləşdirəcəyini, həmçinin mikroavtobus, pikap, yüngül və ağır yük avtomobllərinin istehsalına başlayacağını bəyan edib.   Avtomobillərin beynəlxalq sertifikatlara uyğun istehsal ediləcəyi və 5-10 milyon Suriya funtu dəyərində satılacağı diqqətə çatdırılır. 





OXŞAR XƏBƏRLƏR