Sumqayıtda zavoddakı yanğın söndürüldü - FOTOLAR

Sumqayıtda zavoddakı yanğın söndürüldü - FOTOLAR
Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən "Azərsun Sənaye Parkı”nın ərazisində baş vermiş yanğın saat 08:24-də söndürülüb. 

Bu barədə Sfera.az FHN-dən bildirilib.

Məlumata görə, hazırda ərazidə konstruksiyaların söküntüsü və müvafiq tədbirlər görülür. Hadisə nəticəsində xəsarət alan olmayıb. 

FHN-in və Baş Prokurorluğun müstəntiqlərindən ibarət yaradılan istintaq qrupu tərəfindən hadisənin başvermə səbəbləri araşdırılır. Araşdırmanın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
 

OXŞAR XƏBƏRLƏR