Sumqayıtda bina yanğını: sakinlər təxliyə olundu
19:12 / 22.02.2022
1187
Sumqayıtda çoxmərtəbəli yaşayış binasında yanğın olub.
Bu barədə Sfera.az Fövqəladə Halla Nazirliyinə istinadən xəbər verir.
Binanın 6-cı mərtəbəsində ümumi sahəsi 65 m² olan mənzildə 1 ədəd çarpayı və yataq dəsti yanıb.
Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstü dolmuş mənzillərdən 20 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.
Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.