ÜST pandemiyanın bitdiyini elan edə bilər - Bu tarixdə

ÜST pandemiyanın bitdiyini elan edə bilər - Bu tarixdə
Çin COVİD-19-la bağlı yenidən qapanmalara başlayıb.
 
Koronavirusun ilk müşahidə olunduğu ölkədə yoluxma halları artaraq iki ildən sonra yenə mini keçib və ən yüksək rəqəmə çatıb. Bu da ən azı 13 şəhərin yenidən təcrid edilməsi ilə nəticələnib. Sözügedən qərar çərçivəsində 30 milyona yaxın insan karantinə alınıb, xüsusi geyimli məmurlar küçələrə qayıdıblar. Bu fakt digər ölkələrdə də COVİD-19-la bağlı məsələni yenidən gündəmə gətirib.
 
Həqiqətən də bundan sonrakı mərhələdə, xüsusilə vaksinasiya prosesinin sürətli davam etdiyi dövrdə koronavirus yenidən alovlana bilərmi?

Bununla bağlı Sfera.az-a açıqlama verən tibb elmləri doktoru, professor Musa Qəniyev deyib ki, hazırda dünyanı idarə edən məchul güclər daha çox maddiyyata bağlıdır və  onlar COVİD-19-un artıq sona çatmasını, fəsli infeksiya statusu almasını qəbul etmək istəmirlər. Professor qeyd edib ki, kütləviləşən yoluxma fonunda ana virusun letallıq mutasiyasına məruz qalaraq, genom fərqliliyi göstərən ilk mutant ştamın yarandığı tarix, pandemiyanın pik nöqtədən enişidir:

"Növbələşən mutasiyalar isə, pandemiyaların endemikləşərək lokallaşmağa və fəsli infeksiyaya çevrilməsinin başlanğıc tarixi hesab olunur. Növbəti bir ilin tamamı isə, artıq pandemiyanın bitməsinin təsdiqi dövrü sayılır. Digər tərəfdən, növbələşən mutantlarda genom fərqliliyi və klinik gedişdə fərqliliyin təsdiqi, 2021-ci ilin fevral ayının sonuna təsadüf etsə də, ÜST bu mutantları tapıldığı ölkələr üzrə ardıcıllıqla etiketləşdirmək məqsədilə, yunan əlifbası üzrə işarələnməsini 31 may 2021-ci tarixində rəsmiləşdirdi. Yəni növbələşən mutantlar bu tarixdən etibarən bütün dünyada rəsmən təsdiqləndi. Bundan bir il sonra, yəni  hazırkı 2022-ci ilin may ayının sonu və ya iyun ayında, ÜST hətta istəməsə belə, pandemiyanın sona çatdığını və ya çatmaq üzrə olduğunu rəsmən elan etməlidir”.

Mütəxəssis bildirib ki, COVİD-19-a gündəlik yoluxmanın kəskin artdığı bundan sonra nə qədər söylənsə, hətta dəfələrlə yazılsa belə, artıq təhlükə yoxdur.

Günay Rəsulqızı
Sfera.az


 

OXŞAR XƏBƏRLƏR

Yeni bir virus Avropanı ağuşuna alır: "Meymun çiçəyi" pandemiyaya çevrilə bilər?

Dünyada yayılan yeni virus elm adamlarının narahatlığına səbəb olub.   Sfera.az bildirir ki, adətən Afrika qitəsində rast gəlinən bir xəstəlik olan "monk...

Ramazan sonrası hansı şəkildə qidalanmaq lazımdır – Mütəxəssisdən AÇIQLAMA

Məlum olduğu kimi Ramazan ayı boyunca oruc olan şəxslər gün ərzində normal qidalana bilmir. 1 ay ərzində saatlarla davam edən aclıq və susuzluq sonradan bəzi şə...

Uşaqlarda aşkarlanan sirli hepatit virusu pandemiyaya çevrilə bilər? - Say artmağa davam edir…

İlk dəfə Böyük Britaniyada müşahidə edilən, sonra isə 11 ölkəyə yayılan sirli hepatit virusunun səbəbinin müəyyən edilməməsi yeni pandemiya narahatlığına səbəb ...

Satışda olan çiyələk, alça və pomidor bu xəstəliklərə səbəb ola bilər – XƏBƏRDARLIQ

"Çiyələk və alça uşaqlarda mədə-bağırsaq pozğunluğu yaradır”.   Bunu Sfera.az-a açıqlamasında pediatr Vaqif Qarayev bildirib. Həkim sözügedən giləmeyvələ...

Koronavirusdan qorunmaq istəyərkən daha böyük təhlükə... - Professordan etil spirti ilə bağlı XƏBƏRDARLIQ

"Hazırda pandemiyanın ən arzuolunmaz fəsadı insanlarda profilaktik dezinfeksiya vasitəsi kimi spirtə qarşı vərdiş halının yaranmasıdır”.   Sfera.az bildi...

Uşaqlar arasında yayılan xəstəliklər nədən qaynaqlanır?- Pediatrdan ÇAĞIRIŞ

Səhiyyə Nazirliyi tərəfindən son bir ayda uşaqlarda qusma, yüksək hərarət və ishalın müşahidə edildiyi bildirilib. Uşaqlar arasında bu halların epidemiya vəziy...