Şou əhli qiymətləri açıqladı: Karantindən sonra toylara neçəyə gedəcəklər?

Şou əhli qiymətləri açıqladı: Karantindən sonra toylara neçəyə gedəcəklər?
ATV kanalında yayımlanan "Birə-bir” verilişi müğənnilərə zəng edərək onlardan karantindən sonrakı toy qiymətlərini soruşub. Onlar el şənliklərinə icazə veriləcəyi halda qonorara endirim edəcəklərini deyiblər.

Sfera.az xəbər verir ki, sənət adamları məclislərin tam və yarım saatlıq toy qiymətlərini açıqlayıblar.

Əməkdar artist Elnarə Abdullayeva yarım saat üçün 3000-3500 manata getdiyini söyləyib.

Müğənni Bahar Lətifqızı bütün toyu əvvəl üç min manata apardığını, indi 2500 manata razılaşacağını deyib. O, endirim istəyəndə isə belə cavab verib:

"Karantində biz də çörək yeməmişik. Endirim edirik, əvvəl 3000 manat idi, indi 2500 manat. Əvvəl yarım saatı 1500 manat idi, indi endirim edirik”.

Müğənni Əlikram Bayramov isə ansamblla 2500, tək isə 1500 manata toy apardığını söyləyib.

Müğənni Rəvan Qarayev isə "Toylar başlasın, endirimə problem yoxdur. Yarıya qədər endirim edərəm” sözlərini söyləyib.

Müğənni Səyyad Əlizadə: "Ansamblla birlikdə 5-6 min manatdır. Tək isə yarımsaatlıq 1500 manatdır. Toylar dəqiqləşsin, endirim olacaq. Ansamblla 5 min manata gələ bilərəm. Dəqiq olsa, yarım saatı da 1200-1300 manat edərik”,- deyə cavab verib.

Müğənni Afət Fərmanqızı isə bütün toyu 5 min manata apardığını vurğulayıb. O bildirib ki, hazırda 40-a yaxın toyun behini alıb. İfaçı pandemiyaya görə endirim də edəcəyini bildirib./Axşam.az

OXŞAR XƏBƏRLƏR

Məşhur türk müğənni Bakıya kimin toyuna gəlib? - VİDEO

Türkiyənin məşhur pop ulduzu Demet Akalın Azərbaycana gəlib. Sfera.az xəbər verir ki, o, paytaxtdakı məşhur restoranların birində keçirilən toy məclisində...

Eldar cinsi oriyentasiyası ilə bağlı sualı cavablandırdı

Məşhur ifaçı, "Evrovision-2011”in qalibi Eldar Qasımov cinsi oriyentasiyası ilə bağlı sualı cavablandırıb. Sfera.az xəbər verir ki, bu barədə o, Media.Az-...

Toyuq aldı, içindən qurd çıxdı - VİDEO

Müğənni Xatirə İslam aldığı toyuğu sosial şəbəkədə paylaşaraq gileylənib. Sfera.az xəbər verir ki, sənətçi "Siyəzən" toyuğu aldığını və içindən qurd çıxdı...

Elçinin ölümündən 1 gün sonra efirdə görünən, hamının tənqid etdiyi Lalə...

Xəbər verdiyimiz kimi, Xalq artisti Brilliant Dadaşovanın bacısı, müğənni Lalə Dadaşovanın oğlu Zaur Mahmudov həbs edilib.  Bu məqamda Sfera.az kulis...

Şou əhli qiymətləri açıqladı: Karantindən sonra toylara neçəyə gedəcəklər?

ATV kanalında yayımlanan "Birə-bir” verilişi müğənnilərə zəng edərək onlardan karantindən sonrakı toy qiymətlərini soruşub. Onlar el şənliklərinə icazə veriləcə...

“Mənim borcumu Manaf niyə ödəməlidir? – “Pişik" Güneldən açıqlama

"Banka olan borcuma görə çoxları "narahatdır”, bunu özlərinə "dərd” ediblər. Sizin başqa dərdiniz, azarınız yoxdur? Bilmədiyiniz mövzunu müzakirə edirsiniz”. ...