Son sutkada vaksinasiya prosesi qeydə alınmadı - Operativ Qərargah

Son sutkada vaksinasiya prosesi qeydə alınmadı -  Operativ Qərargah
Azərbaycanda son sutkada heç kim koronavirus əleyhinə vaksinasiya olunmayıb.

Bu barədə Sfera.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Qeyd edək ki, Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 669 883 təşkil edir.

Belə ki, birinci doza peyvəndlərin ümumi sayı 5 341 971, ikinci doza vaksinlərin sayı 4 842 230 təşkil edib. Üç və daha çox doza vaksinlərin sayı 3 244 010, pozitiv nəticədən sonra "buster” doza vaksinlərin sayı isə 241 672 olub.
 

OXŞAR XƏBƏRLƏR