“Öskürəndə itlərin və suitilərin səslərinə bənzər səslər çıxırsa…” – Uşaqlarda “Omikron”a yoluxmanın əlamətləri

“Öskürəndə itlərin və suitilərin səslərinə bənzər səslər çıxırsa…” – Uşaqlarda “Omikron”a yoluxmanın əlamətləri
"Omikron” ştamının digər mutasiyalara nisbətən daha təhlükəsiz olduğu elmi cəhətdən sübut edilib. Xüsusilə vaksin olunan şəxslər bu xəstəliyi yüngül keçirirlər.

Sfera.az xəbər verir ki, mütəxəssislərin rəyinə görə, uşaqlar peyvənd olunmadığı üçün "Omikron”a yoluxa və xəstəliyi ağır keçirə bilər.
 
Uşaq yoluxucu xəstəlikləri üzrə mütəxəssis Andryu Pavia "Omikron”un uşaqlarda ağciyərlərdən daha çox yuxarı tənəffüs yollarına hücum etdiyini deyib:

"Koronavirusa yoluxan və xəstəxanaya gələn uşaqların əksəriyyəti xüsusi öskürəklə səhiyyə müəssisələrinə müraciət edir. Həkimlər bildirirlər ki, bu xırıltılı öskürək zil səsə bənzəyir. Uşaqların burun keçidləri kiçik olduğu üçün tıxanma daha tez-tez yaşanır. Belə xəstəliklərdə iltihablı tənəffüs yolları qıcıqlanmaya səbəb olur, uşaqlar isə öskürək zamanı itlərin və ya suitilərin çıxardığı səslərə bənzər səslər çıxara bilirlər. "Omikron” əvvəlki variantlardan fərqli olaraq, ağciyərlərin əvəzinə yuxarı tənəffüs yollarında yerləşdiyindən və orada iltihaba səbəb olduğundan, uşaqlarda öskürək zaman keçdikcə pisləşə bilir, düzgün nəfəs almaq üçün imkan olmur. Əgər övladınız evə boğaz ağrısı ilə gəlirsə, baş ağrılarından şikayətlənirsə və ya nəfəs almaqda problemlər yaranırsa, bunun səbəbi koronavirus ola bilər. Uşaqlarda "Omikron”u  göstərən simptomlar xüsusilə təqib edilməli və əmin olmaq üçün test verilməlidir”.

Əzizə Zeynal
 

OXŞAR XƏBƏRLƏR

Koronavirusa yoluxanların sayı AÇIQLANDI - ÖLƏN YOXDUR

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 11 yeni yoluxma faktı qeydə alınıb, 21 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yan...

“Azərbaycanda pandemiya bitməyib, dördüncü doza vaksinə ehtiyac var” – AÇIQLAMA

Səudiyyə Ərəbistanının Səhiyyə Nazirliyi 50 yaş və bu yaşdan yuxarı vətəndaşlara COVID-19 ilə mübarizə üçün dördüncü doza peyvənd tətbiq ediləcəyini bildirib. ...

Qalmaqal yaradan qanunun qüvvəyə minməsindən 4 ay keçir, amma... – Nazirlər Kabinetinə müraciət edildi

1 yanvar 2022-ci il tarixindən etibarən Azərbaycanda meyitlərdən orqan köçürülməsi əməliyyatlarına başlanılması ilə bağlı qanun qüvvəyə minib.   Qanunu...

Bu içkilər 25 yaşadək şəxslərə QADAĞAN EDİLƏ BİLƏR

Səhiyyə Nazirliyi yaşı 22-dən az olanları enerji içkilərini qəbul etməməyə çağırıb. Bildirilib ki, enerji içkilərinin gündəlik qəbulu normadan artıq olduqda ürə...

Operativ Qərargah koronavirusla bağlı yeni MƏLUMAT YAYDI

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 16 yeni yoluxma faktı qeydə alınıb, 19 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operati...

Azərbaycanda maska tələbi ləğv olunur?-AÇIQLAMA

"Bu yaxınlarda epidemioloji vəziyyətin gedişatından asılı olaraq COVID-19 pasportu və maska tələbi ləğv oluna bilər”.   Sfera.az  xəbər verir ki,b...