Şirlər və sərçələrlə bağlı ilginc gerçək: Tez-tez tərəfdaşını dəyişən dişiləri...

Şirlər və sərçələrlə bağlı ilginc gerçək: Tez-tez tərəfdaşını dəyişən dişiləri...
Partnyoru aldatmaq və ya qarışıq cinsi həyat insanları şoka salsa da, bu cür həyat heyvanlar aləmində normal haldır. Yer üzündə məməlilərin yalnız 3-5%-i cəmi bir partnyorla kifayətlənir.

Sfera.az bildirir ki, Avstraliya və Yeni Qvineyada yaşayan Malura quşunda balaların yarısı fərqli atalardan ola bilər. Sərçə dişiləri də tez-tez tərəfdaşını dəyişir. Erkək sərçələr isə balalar arasında övladlarını fərqləndirmir və onları az qidalandırır. Alimlər hesab edirlər ki, bu yolla erkəklər dişiləri sadiq qalmağa məcbur etməyə çalışır.

Bəzən heyvanlar azğın cinsi həyat yaşamalı olur. Məsələn, pişik ailəsinin bəzi nümayəndələri bir çox tərəfdaşla ünsiyyət qurur. Bu cür münasibət yaranmadıqda pişiklərin populyasiyasında genetik müxtəliflik zəifləyir. 

Bundan əlavə, bəzi heyvanlar fərqli partnyorlarla eyni vaxtda uzun müddət cinsi əlaqədə olmadıqda yumurtlama olmur. Məsələn, dişi aslanlar rastlaşdıqları bütün erkəklərlə cinsi əlaqə yaradırlar. Buna görə də erkək şirlər bu çoxsaylı əlaqələrdən doğulan balalarını öldürmür, əksinə öz nəslinin nümayəndələri kimi qəbul edərək onları qoruyur.

Bəs, elə heyvanlar varmı ki, ömürləri boyu cəmi bir partnyorla kifayətlənsin? Bəli, var. Belə xüsusiyyətə sahib olan 4 heyvan növü mövcuddur. Onların ən parlaq nümayəndəsi Şimali və Mərkəzi Amerikada yaşayan sahil hamsteridir (Peromyscus polionotus). Bu heyvanlarda erkək tərəfdaş bakirəliyini itirən dişi tərəfdaşının yanından ayrılmır. Üstəlik, o, təkcə sadiq ər deyil, həm də ailədə doğulan bütün gənclər üçün qayğıkeş ata olur.
 
Aysel
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Yuri Qaqarin barədə inanılmaz iddia: II Elizabetin ayağını sığallayıb və...

Britaniyalı jurnalist və yazıçı Endryu Morton rus kosmonavtı Yuri Qaqarin barədə inanılmaz iddia irəli sürüb.   Sfera.az bildirir ki, yazar kosmonavtın İ...

Günün qoroskopu: Bunları etməyin!

Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edirik: Qoç - Günün kursunu səhər...

“Mehriban düşmən”in Vikisindən Azərbaycana ismarış - VİDEO

Bir zamanlar Azərbaycanda "Mehriban düşmən” serialı ilə məşhurlaşan aktrisa yeni videosu ilə diqqət çəkib. "Viki” obrazı ilə tanınan 56 yaşlı Ci...

Parlamentin 8 spikeri – Hansı yüksək pensiya alıb?

Azərbaycanda qanunverici orqana vaxtı ilə rəhbərlik etmiş şəxslər son günlərdə gündəm olublar. Buna səbəb sabiq spiker, MSDM rəhbəri İsa Qəmbərə 180 manat pensi...

Hansı BÜRCÜN kişiləri daha ŞORGÖZDÜR? - Xəyanət etməyə potensial namizədlər

"Xəyanət etməyən kişi yoxdur" fikrini qadınların dilindən tez-tez eşidirik. Lakin bir sıra özəlliklərinə görə kişilərin xəyanətə meyilliklərində də fərqlər var....

Günün qoroskopu: Dostlarla görüş, romantik təmas...

Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edirik:   Qoç - günün ilk...