Şirkət avtomobillərini idarə edən sürücülər üçün MÜHÜM XƏBƏR - Qəza zamanı ziyan necə ödənilməlidir?

Şirkət avtomobillərini idarə edən sürücülər üçün MÜHÜM XƏBƏR -  Qəza zamanı ziyan necə ödənilməlidir?
Bəzi hallarda şirkət avtomobili ilə qəza törədən sürücülər, hüquqlarını bilmədiyindən ciddi problemlərlə üzrləşirlər. Onlardan biri də, qəza zamanı dəymiş zərəri kimin ödəməsidir. Belə ki, mülki məcəllənin bir maddəsinə əsasən məsuliyyəti sürücü, digər maddəsinə əsasən isə şirkət daşıyır. Nəqliyyat eksperti Ərşad Hüseynov Konstitutya Məhkəməsinin bu məsləyə aydınlıq gətirdiyini bildirib.

Əgər sürücü şirkət avtomobili ilə qəza törədərsə, dəymiş zərərə görə şirkət məsuliyyət daşıyır.

Nəqliyyat eksperti Ərşad Hüseynov bildirib ki, qanunun bir maddəsində dəymiş zərəri şirkətin, digərində isə sürücünün qarşılamalı olduğu deyilir.

Mülki məcəllənin 1108-ci maddəsində isə şirkət avtomobili sürücüyə etibarnamə ilə verirsə məsuliyyəti şirkətin deyil, sürücünün daşıdığı deyilir. Ərşad Hüseynov bildirib ki, bu maddələrin bir biri ilə qarışdırılmaması üçün konstitutsiya məhkəməsi bu məsələyə aydınlıq gətirib.

Ekspert bildirib ki, şirkət əlavə təhlükəsizlik tədbirləri görməlidir. Avtomobili saz vəziyyətdə saxlamaq şirkətin öhdəliyidir. Sürücünün əmək şəraitinə nəzarət də şirkətin üzərinə düşür. Lakin şirkətlə sürücü arasında mülkü məsuliyyətlə bağlı müqavilə olarsa əmək müqaviləsinə əlavə kimi, o zaman şirkət sürücüyə qarşı reqres iddia qaldıra bilər.
 

OXŞAR XƏBƏRLƏR

Vəkil olduğu deyilən qadının döyülməsi xəbəri haqda - RƏSMİ AÇIQLAMA

Sosial şəbəkələrdə Bakıda qadın vəkilin icra məmuru tərəfindən döyülməsinə dair məlumatlar yayılıb. Sfera.az xəbər verir ki, məlumatda Vəkillər Kollegiyas...

Toy günü nişanlısını qoyub Türkiyəyə qaçan Əməkdar artist - Səhnəmizin Nargiləsi

Aktrisa, Əməkdar artist Məlahət Abbasovanın ad günüdür. Sfera.az kulis.az-a istinadən onun haqqında maraqlı faktları təqdim edir. Məlahət Elman...

Filarmoniya gecə klubuna çevrilib - VİDEO

"M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının ərazisində "UFFO” restoranının rəhbərliyi ilə cari ilin iyun ayından rəsmi müqavilə bağlanması üç...

Azərbaycanda bu şəxslər 9 min manatadək cərimə olunacaq

İnsan orqanlarının alqı-satqısına görə cərimələrin artırılması təklif olunur. Sfera.az xəbər verir ki, bununla bağlı Cinayət Məcəlləsinə dəyişiklik ediləc...

Bakıdakı güclü yanğınla bağlı RƏSMİ MƏLUMAT - VİDEO / YENİLƏNDİ

Paytaxtın Xətai rayonunun S.Mehmandarov küçəsində açıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın...

Kəmaləddin Heydərov onu işdən ÇIXARDI

Fövləladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisinə birinci müavini təyin edib. Qaynarinfo.az-a FHN-...