"Şimali İralandiya asan rəqib olmasa da..."

 


Azərbaycan yığmasının müdafiəçisi Bədavi Hüseynovun apasport.az saytına müsahibəsi

 

- Dünya çempionatının seçmə mərhələsindəki uğurlu çıxışı Şimali İrlandiya ilə bu gün baş tutacaq oyunda da davam etdirə biləcəksizmi?

- Seçmə mərhələdə imza atdığımız nəticələrdən sonra bizə inam artıb. Bu mənada, üzərimizdə əlavə təzyiqin olması normaldı. Azarkeşlər dünya çempionatının final mərhələsinə vəsiqə qazanmaq gücündə olduğumuzu düşünməyə başlayıblar. Bunu öz oyunumuzla sübut etməliyik. Rəqibimiz də çox güclüdü. Düzdü, seçmə mərhələyə uğurlu start vermişik. Həmin nəticələrin ardını Şimali İrlandiyada da gətirməyimizi istəyirlər. Biz də Belfasta qələbə üçün gəlmişik. Amma qazanılacaq 1 xal da yaxşı nəticə sayılacaq. Komandada əla ab-hava var. Yaxşı nəticəyə imza atıb, azarkeşlərimizi sevindiməyə çalışacağıq.

 

- Şimali İrlandiya yığmasının "ikinci mərtəbə”də yaxşı oynamağı hər kəsə məlumdu. Rəqibin başqa hansı güclü cəhətləri var?

- Qeyd etdiyiniz kimi, Şimali İrlandiya əsasən hava ötürmələrinə üstünlük verir. Bunu çox yaxşı bacarırlar. Rəqib futbolçuların çoxu İngiltərə çempionatında çıxış edir. Şimali İrlandiya bizə yad rəqib deyil. Onlarla əvvəl də qarşılaşmışıq. Lakin həmin vaxtla müqayisədə Şimali İrlandiya yığması xeyli güclənib. Avropa çempionatında iştirakları da bunun sübutudu. Qısası, asan rəqiblə qarşılaşmayacağıq. Xüsusən, hava mübarizəsində diqqətli olmalıyıq. Bizim üçün çətin olacaq. Çünki rəqibin hündürboy oyunçuları daha çoxdu. Şimali İrlandiya millisinin əsas üstünlüyü elə budu.

 

- Start heyətində yer alan müdafiəçilərimizin sırasında ən hündürboy futbolçusuz. Yəni rəqibin təhlükəli hava ötürmələri zamanı ümid əsas sizə olacaq...

- Maksim Medvedev də "ikinci mərtəbə”də yaxşı oynayır. Rəşad Sadıqovun özü hava mübarizələrində inamlıdı. Əfsuslar olsun ki, o, zədəsi ilə əlaqədar, bu görüşü buraxacaq. Düzdü, əsas heyətdə yer alan futbolçuların sırasında hündürboy oyunçu azdı. Amma Norveç və Çexiya ilə matçlar göstərdi ki, uşaqlar hündürboy futbolçularla mübarizələrdə də uduzmamağa çalışırdılar. Həmin görüşlərdəki döyüşkən ruhla meydana çıxmaq lazımdı. Bunun hesabına yaxşı nəticəyə imza ata bilərik.

 

- 2012-ci ildə Belfastdakı qarşılaşmada (1:1) millimizin qoluna hazırda zədəli olduğu üçün yığmaya çağırılmayan Rauf Əliyev imza atmışdı. Bu dəfə kimdən qol gözləməyə dəyər?

- Hücum xəttində güclü oyunçularımız var. Heyətdə yer alanlardan çoxu Avropa Liqasında çıxış edir. Hər birindən nəsə gözləmək olar. Hücumçulardan Dəniz Yılmaz ilk dəfədi milliyə çağırılıb. Düzü, onun oyununu görməmişəm. Bu mənada, özüm də Yılmazın oyununa baxmaq istəyirəm. Qol vurmaq mənasında problemlə üzləşəcəyimizi düşünmürəm. Rəqib ilk dəqiqələrdən güclü təzyiq yaratsa, əks-hücumlara "bel bağlayacağıq”. Şimali İrlandiyanı əks-hücumda tutub, cəzalandırmaq olar.

 

- Şimali İrlandiya ilə oyunu millimiz üçün həlledici görüş hesab edirsizmi?

- Qarşıda çoxlu oyun var. Hələ seçmə mərhələ bitmir. Bu mənada, məğlubiyyət bizim üçün faciə sayılmayacaq. Amma razıyam ki, Belfastda sərfəli nəticəyə imza atmaq çox vacibdi. Əgər ikinci pillədə qalmaq istəyiriksə, bütün oyunlardan xal və ya xallarla ayrılmalıyıq.

 


OXŞAR XƏBƏRLƏR

Müsəlman futbolçu LGBT dizaynlı forma ilə meydana çıxmaqdan imtina etdi - FOTO

Fransanın məşhur "PSG” (Paris Saint-Germain) futbol klubunun LGBT dizaynlı forması qalmaqala səbəb olub.     Sfera.az xəbər verir ki, klubun müsəl...

75 peşəkar görüşdə məğlub olmayan boksçu rinqdə ürəyinə uduzdu

Peşəkar döyüşlərdə 75 görüşdə məğlub olmayan, əslən Türkiyədən olan boksçu Musa Askan Yamak infarkt keçirib. Giresunun Alukra rayonundan doğulan və Almaniyada...

Əfsanəvi futbolçuların Azərbaycana gəliş SƏBƏBLƏRİ məlum oldu

İspaniya yığmasının və Madrid "Real”ının əfsanəvi futbolçuları - Raul Qonsaleslə İker Kasilyas gələn ay Azərbaycana səfər edəcək.   Bu barədə jurnalis...

“Neftçi”nin kapitanı “Qarabağ”la matçda oynamayacaq

"Neftçi"nin kapitanı Emin Mahmudov "Qarabağ"a qarşı Azərbaycan Premyer Liqasının XXVIII tur oyununu buraxacaq. Sfera.az xəbər verir ki, buna 30 yaşlı yarı...

“Zirə” - “Neftçi” oyununda İNSİDENT

"Zirə” və "Neftçi” komandaları arasında keçirilən Azərbaycan Premyer Liqasının XXVII tur oyununda insident yaşanıb.  Sfera.az xəbər verir ki, görüşün...

"Barselona"nın sabiq futbolçusu avtomobil qəzasında ÖLDÜ

"Barselona"nın sabiq futbolçusu Maksi Rolon avtomobil qəzasında vəfat edib. Sfera.az "Goal"a istinadən xəbər verir ki, 27 yaşlı forvardın idarə etdiy...